Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:46

Mirzə Ələkbər Sabir. Soldumu gülzarın, ey Faiq Neman pəsər?















"Molla Nəsrəddin " jurnalının mühərrirlərindən

Ömər Faiq Nemanzadənin hökumət tərəfindən

tevqif olunması münasibətilə




Soldumu gülzarın, ey Faiq Neman pəsər?

Laləyi-nemanların oldumu xunin cigər?

Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?

Nərkisi-şəhlalərən jaləçəkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?



Söyləmədimmi sənə rahət otur heyfsən?

Çəkmə bu millət qəmin, çək özünə keyf sən!

Xana deyildir sənin, getməlisən, zeyfsən!

Eyləmədin etina qissə haman oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?



Fayidə verməz dedim etdiyin əfqan sənə,

Halına yandıqların eyləməz ehsan sənə,

Məskən olur aqibət, guşəyi-zindan sənə,

Guşəyi-zindan sənə iştə məkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?



Mən demədimmi sənə başda otur tac tək,

Durma müqabil, bəla tirinə amac tək,

"Dad məni tutdular" söyləmə dürrac tək,

Balü-pərin nagəhan, tirə nişan oldumu

Şimdi sənə mən deyən mətləb əyan oldumu?



Mən demədimmi sənə girmə işə canilən,

Xovf elə sallaşma çox, bəylərilən, xanilən

Olmagilən həm rəviş, məclisi-iranilən,

Məclisi-İranda bir şevkətü-şan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?



Mən demədimmi sənə, həzrəti-zişanları

Eyləmə dəvət əbəs, birliyə işanları,

Sən ki, yıxa bilməsən, bunca pərişanları,

Məsələyi-ittihad həllü-bəyan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?
XS
SM
MD
LG