Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Nizami Gəncəvi. Leyli və Məcnun (19)


əvvəli

ŞÖHRƏTİ UNUTMAQ


İlan tək dikbaşlı gəzmə, ey insan!
Aşacaq dünyanın seli başından.
Yeddi başın olsa, əъdəhalar tək,
Onun yeddisi də yerə düşəcək.
Çox da yüksəkliyə ucalma ki, sən
Torpağa düşəndə inciməyəsən.
Nə qədər alçaqdan yıxılsa adam,
O qədər ağrısı az olur müdam.
Dünyada yer kimi ağır dolansan,
Üç gövhər arxanda qalacaq, inan!
Bütün gövhərlərin rəngi parlaqdır,
Hamsından xoş gələn yenə torpaqdır,
Torpaqda gizlidir o üç yoldaş da,
Yenə də torpaq var o üç yoldaşda.
Saqi, lalə rəngli bir şərab yetir!
Qarşıma çəng ilə bir badə gətir!
Onunla sabahın üzü şad olur,
Onunla ruh evi tez abad olur.

davamı
XS
SM
MD
LG