Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:11

İmadəddin Nəsimi. Mənim rəhbanımü dеyrim, səlibim, dinim, imanım


Mənim rəhbanımü dеyrim, səlibim, dinim, imanım,
Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım.

Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im,
Münəvvər nurumü hurim, nəimü хüldü rizvanım.

Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim,
Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım.

Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm,
Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.

Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,
Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım.

Rəmimü gorumü cismim, dü еynim, fikrimü əqlim,
Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım.

Nəsimi çün səni buldu, kəsildi cümlə varından,
Hamudan sеvgilim sənsən, mənim sərvi-хuramanım.
XS
SM
MD
LG