Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:27

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir


XİN
XİN

Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib, qanunazidd əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirir. Bu haqda DTX-nın saytında iyulun 3-də məlumat yerləşdirilib.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir qədər öncə DTX Mədəniyyət Nazirliyində də oxşar əməliyyat keçirmiş, saxlanılanlar olmuşdu, cinayət işi başlamışdı. Az sonra nazir vəzifədən uzaqlaşdırılmışdı.

Bundan öncə isə adıçəkilən qurum bir neçə rayonun icra başçıları və başqa vəzifəli şəxsləri ilə bağlı da əməliyyat keçirmiş, onlar haqqında cinayət işi başlanmışdı.

XS
SM
MD
LG