Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:51

İranda şiə ziyarətgahı Şah Çıraq məqbərəsinə yenə hücum olub


Şah Çıraq məqbərəsi
Şah Çıraq məqbərəsi

İranda Şah Çıraq şiə ziyarətgahında “terror” hücumu zamanı bir nəfərin öldüyü, daha 8 nəfərin yaralandığı xəbər verilir.

Ölkənin IRNA rəsmi xəbər agentliyinin məlumatına görə naməlum silahlı Şah Çıraq məqbərəsinə daxil olmağa cəhd göstərib və ziyarətçilərə atəş açıb.

Bundan sonra atəş açanın zərərsizləşdirildiyi xəbər verilir.

Oktyabr ayında elə bu ziyarətgaha hücum nəticəsində 13 nəfər həlak olmuşdu.

Həmin hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürmüşdü.

İndiki hücum üçün hələ ki, heç bir qrup məsuliyyətini elan etməyib.

Dövlət mediasının bundan əvvəl verdiyi xəbərlərdə hücum edənin iki nəfər olduğu, 4 nəfərin öldürüldüyü deyilirdi.

Bu arada yarırəsmi Fars xəbər agentliyi yazır ki, silahlı Bab əl-Mehdi darvazasından daxil olmaq istəyib, lakin mühafizə xidmətinin müqaviməti ilə üzləşib.

Şahidlər Fars agentliyinə deyiblər ki, silahlı adamlara atəş açmağa məhz mühafizənin müdaxiləsindən sonra başlayıb.

Oktyabr ayında da bu ziyarətgaha hücum edilmişdi

Daha bir yarırəsmi xəbər agentliyi – Təsnim yazır ki, azı 7 nəfər yaralanıb və ətrafdakı mağazalar bağlanıb.

Təsnimin dərc etdiyi fotolarda ziyarətgahın pəncərələrində güllə yerləri görünür.

İranın ən mühüm ziyarətgahlarından biri olan Şah Çıraq məqbərəsində yeddinci şiə imamı Musa əl-Qədimin iki oğlunun məzarları var. Onlar həm də səkkizinci imam Əli əl-Rzanın qardaşlarıdırlar.

Ötən ay İranda oktyabr ayında edilmiş hücumu etdikləri iddia olunan iki nəfər edam olunub.

Hücumun başçısı olduğu deyilən Əfqanıstan vətəndaşı Həmid Bədəxşan hadisə yerində təhlükəsizlik qüvvələri tərəfindən güllələnmişdi.

Hücumun başqa şübhəlilərinə İD üzvü olmaq ittihamı ilə 25 il iş kəsilib.

Tacikistan vətəndaşı

İranda bundan əvvəl şiə ziyarətgahlarına edilən hücumlar üçün məsuliyyəti sünni cihadçı qruplaşma olan İD üzərinə götürüb.

2017-ci ildə İran parlamentinə və İslam inqilabının banisi Ruhulla Xomeyninin məqbərəsinə bomba hücumlarını da bu qruplaşmanın törətdiyi xəbər verilirdi.

Şah Çıraq ziyarətgahının yerləşdiyi Fars ostanı məhkəməsinin sədri Kazem Musəvi son hücumu edən şəxsin Tacikistan vətəndaşı olduğunu deyib.

O bildirib ki, hazırda bu iş üzrə 8 şübhəli saxlanıb.

Musəvi əlavə edib ki, saxlananların hamısı əcnəbilərdir:

"Baş terrorçu özünü Taciksitan vətəndaşı Raxmatulla Nuruzov kimi təqdim edib”.

XS
SM
MD
LG