Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:30

İran Hizbullah liderinin qətlinə necə cavab verəcək


AzadlıqRadiosunun təhlilçisi Kian Şərifi yazır ki, ABŞ-da terrorçu təşkilat sayılan (Aİ-də təşkilatın yalnız silahlı qolu terrorçu hesab edilir – red) Hizbullahın rəhbəri Həsən Nəsrullahın sentyabrın 27-də Livanın raket atəşinə tutulması nəticəsində həlak olması Tehranı böyük dilemma qarşısında qoyub.

Əgər İran cavab olaraq İsrailə birbaşa hərbi zərbə endirərsə, bu, onun köhnə və qatı düşməni ilə tammiqyaslı müharibəsi olacaq. Amma Tehran çəkinmək yolunu tutsa, regiondakı müttəfiqləri və düşmənlərinin qarşısında öz reputasiyasına zərbə endirmiş olacaq.

Hizbullah silahlı və siyasi təşkilat kimi Livanın cənubundakı böyük ərazilərə nəzarət edir. O, İranın "müqavimət xətti" adlandırdığı proksi və müttəfiqləri şəbəkəsinin aparıcı üzvüdür.

Hizbullah həm də İranı İsrail və ABŞ-ın birbaşa hücumundan çəkindirən faktor hesab olunur.

Vaşinqtondakı Yaxın Şərq Sülh İnstitutundan Metyu Levit (Matthew Levitt) deyir ki, İran həqiqətən də çətin vəziyyətə düşüb:

“İran çox qəliz bir situasiyaya düşüb. O həm nəyin bahasına olursa-olsun cavab vermək iqtidarında olmaq istəyir, lakin həm də bunu belə açıq etməyin nəticələrindən qorxur”.

Yaxşı variant yoxdur

⁠İran İsrailə çətin ki, birbaşa hərbi zərbə endirsin. Ekspertlər deyirlər ki, bu, İranın daim yan keçmək istədiyi ağır tammiqyaslı müharibəyə səbəb olardı.

Ekspertlərin fikrincə tammiqyaslı münaqişə təqdirində İsrail İran üzərində, onun nəhəng dron və raket cəbbəxanasının olmasına baxmayaraq, böyük hərbi üstünlüyə malik ola bilər.

Vaşinqtonda mənzillənmiş Demokratiyaları Müdafiə Fodunun eksperti Behnam Talıblı bu qənaətdədir ki, burada İranın malik olduğu variantlar “pislə betər” arasındadaır.

İran ötən apreldə İsrail üzərinə misli görünməmiş dron və raket hücumu etmişdi. Bu, Suriyadakı İran komandirlərinin raket zərbələri nəticəsində həlak olmasından az sonra baş vermişdi. Tehran həmin hücuma görə İsraili ittiham edirdi.

Amma Talıblı düşünür ki, İran “yalnız ölkənin varlığına birbaşa təhdid olarsa” İsrail üzərinə birbaşa hücum qərarı qəbul edə bilər.

Ekspertlərin fikincə, beləliklə, birbaşa qarşıdurmanın variant hesab olunmadığı bir situasiyada İran İsrailin əsas müttəfiqi ABŞ-a ziyan vurmaq məqsədilə “müqavimət xətt”i adlandırğı proksiləri və müttəfiqlərinə, o cümlədən İraqdakı iranyönlü şiə yaraqlılarına, Yəməndəki husi qiyamçılarına, habelə Suriyadakı şiə silahlılarına üz tuta bilər.

İsrail 2023-cü ildə Qəzza zolağında müharibəyə başlayandan bəri İranın proksiləri bir xeyli zəifləyib və onların İsrailə cavab vermək üçün hərbi qüdrətləri yoxdur.

Məsələn ABŞ-da və bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan HƏMAS Qəzza zolağında xeyli zəifləyib. İsrail bu arada habelə Livanda Hizbullahın lideri və Həsən Nəsrullahı və təşkilatın çox sayda komandanını sıradan çıxarıb.

Təmkinə doğru meyl

Livan paytaxtında Həsən Nəsrullahın ölümünə İran adətinin əksinə olaraq təmkinli reaksiya verir.

Ali rəhbər ayətüllah Əli Xameneyi İranın birbaşa cavabı ilə hədələməyib. Halbuki o HƏMAS lideri İsmayıl Haniyənin ölümünə xeyli sərt reaksiya vermişdi. Talıblı bunu belə izah edir:

“İran Haniyənin qətlinə görə sərt qisas və qətliam vədindən ona görə geri çəkilib ki, regionda ən azı siyasi baxımdan vəziyyət onun istədiyi istiqamətdə hərəkət edib. Lakin son iki həftədə İsrailin Livanda Hizbullaha qarşı cəsarətli və ölümcül addımları İslam respublikası və onun müttəfiqləri üçün bu vəziyyəti son həddə çatdırıb”.

Amma belə görünür ki, İran artıq çəkinmə strategiyasını qəbul edib.

İranın Xarici İşlər Nazirliyi sentyabrın 30-da bəyan edib ki, Tehran Livana və Qəzza zolağına qoşun çıxarmayacaq. Lakin Tehran bunu onunla izah edir ki, Livan və Qəzza zolağında HƏMAS və Hizbullah “özlərini təcavüzdən müdafiə üçün kifayət qədər qüvvəyə malikdirlər”.

Cenevrədə mənzillənmiş ekspert Fərzan Sabit deyir ki, buna baxmayaraq İsrailin onun müttəfiqləri üzərinə hücumlarına cavab verməkdən boyun qaçırması, Tehranın regiondakı nüfuz və reputasiyasına ziyan vurur:

“Belə baş düşülür ki, Tehran İsrailə qarşı qoyduğu “qırmızı cızıqları” reallaşdırmaq iqtidarında deyil. Bu hətta belə olmasa da, İran yenə də bu vəziyyətdə zəif görünür. Bu da var ki, kənardan görünən zəiflik daha böyük çətinliklərə ol aça bilər”.

Nüvə silahı?

Hətta Xameneyininin təmkin nümayiş etdirdiyi bir şəraitdə İranın bəzi sərt xətt-hərəkət tərəfdarları İsrailə qarşı hərbi hərəkətə çağırırlar.

Onlardan bəziləri Tehranı, hətta ölkənin nüvə proqramını hərbiləşdirməyə çağırıblar. Onlar deyirlər ki, yalnız nüvə silahı İsraili İran üzərinə birbaşa hücumdan çəkindirə bilər.

İran mediası bildirir ki, ölkənin hazırkı zənginləşdirilmiş uran ehtiyatı 10 atom bombasının hazırlanmasına imkan verərdi. Lakin ekspertlərin fikrincə İranın belə etməsi üçün aylar və hətta bir ildən də çox vaxt lazım gələ bilər.

Sabit bu qənaətdərir ki, İran bir çəkindirici faktor kimi Hizbullahın gücdən düşdüyünü qət edərsə, Tehranın nüvə silahına münasibəti də dəyişə bilər.

Ekspertin sözlərinə görə hadisələrin indiki inkişafı İranı dinc və ya hərbi nüvə proqramı arasında seçimə yaxınlaşdıra bilər.

XS
SM
MD
LG