Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:41

İranda 400-dən çox tələbə cəzalandırılıb


İranda hicabsız tələbələr
İranda hicabsız tələbələr

İranda akademik qrup son ayların etirazları ilə əlaqədar azı 400 tələbənin təhsil ocaqlarından müvəqqəti kənarlaşdırıldığını, yaxud qovulduğunu bildirir.

Ötən ilin sentyabrın 22-yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və ölkəni etirazlar bürüyüb. Qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı açıqlanıb.

İranda Tələbələrin Birlik Şurasının aprelin 13-də yaydığı məlumata görə, qanunsuz proses çərçivəsində 435 tələbəyə qarşı tənbeh cəzası gerçəkləşib. Son həftələr isə etirazçı tələbələri müşayiət etdiyinə görə universitet professorlarının işdən qovulduğu, yaxud müvəqqəti kənarlaşdırıldığı açıqlanıb.

Şura qeyd edir ki, bu qovulmalara reaksiya verən müxtəlif universitetlərin tələbələri aprelin 7-də Twitter-də kampaniya başladıb, tələbə dostlarının geri qaytarılmasına çağırıb.

Əmininin ölümü minlərlə iranlını küçələrə çıxaraq daha çox azadlıq və qadın hüquqları tələb etməyə vadar edib.

600-700 tələbə həbs olunub

Universitetlərdə, özəlliklə Tehranda saysız etirazlar keçirilib, bir çox tələbə dərslərə girməkdən imtina edib. Etirazçı tələbələr yürüşlərdə “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları səsləndiriblər, bəzi qadın tələbələr hicablarını çıxararaq yandırıblar.

İranda universitetlər və tələbələr daim sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz edəndən sonra Tehran universitetinin yataqxanalarına polis reydi bir tələbənin ölümüylə nəticələnib.

Hakimiyyət illər boyu tələbə fəalları, onların liderlərini həbs edib, onları həbsxanaya atıb, təhsil almasını yasaqlayıb.

İnsan Haqları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar başlanandan ölkə boyunca 144 universitetdə 637 tələbə həbs olunub. İran daxilində bəzi mənbələr isə saxlanan tələbələrin sayının 700-dən çox olduğunu bildirirlər.

XS
SM
MD
LG