Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Azərbaycan korrupsiyada Cibuti, Sierra Leone, Laos və Hondurasla bir sırada


“Korrupsiyanı Qavrama İndeksi 2016". Mənbə: Transparency International
“Korrupsiyanı Qavrama İndeksi 2016". Mənbə: Transparency International

Beynəlxalq “Transparency International” təşkilatı illik “Korrupsiyanı Qavrama İndeksi”ni (Corruption Perceptions İndex 2016) açıqlayıb.

Azərbaycan yenə Qafqazın “korrupsiya çempionu”dur...

Yeni hesabat üzə çıxarıb ki, bütün dünyada korrupsiya ilə sosial bərabərsizlik bir-birini möhkəmləndirir, bu isə xalqların siyasi təsisatlarla bağlı məyusluğuna səbəb olur, populist siyasətçilərin ayağa qalxmasına əlverişli şərait yaranır.

Bu ilki hesabatda daha çox ölkənin gerilədiyi müşahidə olunur. Bu isə korrupsiyanın bütün dünyada necə güclü və kütləvi hal aldığını göstərir.

Buna da bax:​ TI: 'AŞPA-da Azərbaycan deputatlarının davranışı araşdırılsın'

KEÇƏN İL 119, BU İL 123-CÜ

Azərbaycan da cəmi 30 xalla 123-cü yerə, Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıraya düşüb.

Keçən il Azərbaycanın adı siyahıda 119-cu yerdə idi. Qafqazdakı qonşulardan Ermənistan 33 xalla 113, Gürcüstan isə 57 xalla 44-cü yerdədir. Yəni Azərbaycan yenə Qafqazda “korrupsiya çempionu” olaraq qalır.

Rusiya İran 29 xalla 131-ci, Türkiyə 41 xalla 75-ci yerdədir. Amma Türkiyə, eləcə də Macarıstanda geriləmənin müşahidə edildiyi vurğulanır və mütəxəssislər bunu həmin ölkələrdə avtoritar rejimin güclənməsiylə bağlayırlar.

Buna da bax:​ Gürcüstan korrupsiyayla uğurla mübarizə aparır – AŞ

Hesabat müəllifləri ölkələrin korrupsiyanı qavrama indeksinə görə geriləməsinin həyəcan siqnalı çaldığını, hərəkətə keçməyin vacibliyini vurğuladığını deyirlər.

“PANAMA KAĞIZLARI”

Sənəddə “Panama kağızları”ndan da söz açılır: “’Panama kağızları’ da göstərdi ki, varlı və nüfuzlu şəxslərin qlobal maliyyə sisteminin qeyri-şəffaflığından yararlanması, ictimai sərvətlər hesabına varlanması hələ də çox asandır”. “Panama kağızları”nda dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin də adı hallanır. 2016-cı ilin aprelində açıqlanan bu sənəddə prezidentin xanımı və qızlarına aid şirkətlər haqda bilgilər əks olunub.

Buna da bax:​ Avtoritarların London mülkləri müsadirə oluna bilər

“Korrupsiyanı Qavrama İndeksi”nin müəllifləri bildirirlər ki, ötən il baş verənlər – Braziliyada korrupsiya hallarından tutmuş, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı araşdırmalara qədər bütün böyük korrupsiya qalmaqalları bir şeyi göstərdi – nəhəng şirkətlərlə siyasətçilərin gizli sövdələşmələrinin milyardlarla dolları cəmi bir neçə şəxsin ixtiyarına necə keçirdiyini, milli iqtisadiyyatı nəzərə almayan şəxslərin xalqın hesabına necə varlandığını. “Bu cür nəhəng və sistemli korrupsiya insan haqlarını pozur, inkişafın qabağını alır və sosial bərabərsizliyi gücləndirir”, – qurum bildirir.

TƏCİLİ VƏ KÖKLÜ İSLAHATLAR APARILSIN

Hesabat müəllifləri korrupsiya əleyhinə spesifik qanunların az olduğunu vurğulayır, dövlətləri təcili və köklü islahatlara çağırırlar. Mütəxəssislərin fikrincə, yalnız vətəndaşlara geniş yayılmış korrupsiyayla mübarizə aparmaq, hakimiyyətdəkiləri məsuliyyətə cəlb etmək səlahiyyətlərinin verilməsi, vətəndaşların vacib qərarların verilməsinə cəlbi problemin həllinə yardım edə bilər. Bundan başqa, iri şirkət sahiblərinin sərvətlərinin açıqlanması, korrupsiyayla qazanılmış pullarını sərhədlərdən keçirə bilən peşəkarların sanksiyalara məruz qoyulması vacib hesab edilir.

Buna da bax:​ “Azərbaycan korrupsiya bataqlığında girovdur”

Korrupsiyanı Qavrama İndeksi 2016”da 176 ölkənin adı çəkilir və onların 69%-nin 0-100 ballıq qiymətləndirmədə 50-dən aşağı xal topladığı görünür.

Birinci yerləri tutanlar – 90 xal toplamış Danimarka və Yeni Zelandiyadır. Finlandiya 89 xalla 3-cü, Isveç 88 xalla 4-cü yerdədir.

Sonuncu yeri 10 balla Somali tutub.

XS
SM
MD
LG