Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:38

Manat möhkəmlənirsə, məzənnə niyə dəyişmir?


Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]
Gözlə

No media source currently available

0:00 0:10:31 0:00

Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]

Azərbaycanda 2018-ci ildən bəri ilk dəfə bu il banklar tərəfindən nağd ABŞ dollarının alışı satışları üstələyib. Mərkəzi Bankın (AMB) məlumatına görə, cari ilin beş ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98 faizində tələb təklifdən az olub: "Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4 faiz, 2023-cü ilin beş ayında isə 5.1 faiz möhkəmlənib".

Ekspertlər isə 2017-ci ilin martından manatın məzənnəsinin inzibati yolla müəyyən edildiyini bildirir. Həmin dövrdən 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. Hökumət manatın "üzən məzənnə" siyasətinə 2016-cı ildən keçdiyini bildirsə də, artıq altı ildən çoxdur məzənnədə heç bir dəyişiklik olmur.

A.Hüseynov
A.Hüseynov

"İstehsal artdıqca manat möhkəmlənir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a deyib ki, Azərbaycanın milli valyutasının arxasında ölkənin əmtəələri dayanır: "Bizim ixracımız nə qədər artırsa və strateji məhsullarımız nə qədər çoxalırsa, manatımız o qədər də möhkəmlənir".

Deputatın sözlərinə görə, son zamanlar Azərbaycanın qeyri-neft sektorunun ixracı dəfələrə artıb: "O da artdıqca, malların istehsalı artdıqca, manat möhkəmlənir".

"Ölkədən dolların çıxarılmasına məhdudiyyətlər var"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dolların satışına və alışına, habelə ölkədən çıxarılmasına hökumət məhdudiyyət qoyub: "Qanunda nəzərdə tutulmayan qaydaya görə, il ərzində hər vətəndaşa 11 min 500-dən artıq dollar almaq qadağası var. Almaq istəsən də, xüsusi icazə lazımdır və mənbəyini göstərərək sənədlərini təqdim etməyə ehtiyac yaranır. Ölkədən dolların çıxarılmasına da müəyyən məhdudiyyətlər var. 20 mindən yuxarı dollar köçürəndə o qədər sənəd tələb edirlər ki, o sənədlərin yığılması özü bir iş sayılır".

İqtisadçının sözlərinə görə, məhdudiyyətləri və manatın məzənnəsinin sabit qaldığını nəzərə alaraq əvvəllər öz yığımlarını valyutada saxlayan vətəndaşlar onu manata çevirməyə başlayıblar: "Bunun da ən böyük səbəblərindən biri o oldu ki, valyutada depozitlərdə faiz ortalama 1.5 civarındadır, amma manatla depozitlərdə ortalama 10 faizdir. Ona görə də insanlar dollarda olan vəsaitləri manata çevirib depozitə yerləşdirirlər. Bu da müəyyən təsir göstərir".

N.Cəfərli
N.Cəfərli

"Azərbaycan üzən məzənnəyə keçsəydi…"

O da deyir ki, Azərbaycanda valyutanın məzənnəsi inzibati qaydada tənzimlənir: "Mərkəzi Bank bir məsələdə haqlıdır ki, əgər Azərbaycan üzən məzənnəyə keçsəydi, manatın möhkəmlənməsini görə bilərdik. Amma Azərbaycanda bazar iqtisadiyyatı qanunları ilə məzənnə müəyyən olunmur. Üzən məzənnəyə keçmək üçün yüzlərlə valyuta alıb-satan oyunçu lazımdır. Bizdə isə bir oyunçu var, bu da Dövlət Neft Fondudur".

XS
SM
MD
LG