Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:50

'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'


Masallı rayonunun girişi, 2017
Masallı rayonunun girişi, 2017

Ölkənin Cənub bölgəsində həbs edilən inanclı insanların sayına görə, Masallı rayonu öndə gedir.

Bu rayondaondan çox dindarın məhbus həyatı yaşadığı deyilir. Bu yaxınlarda daha bir dindar- Sərdar Babayev həbs edilib. Sərdar Babayevin həbsi ilə bağlı rayonda etirazlar da olub. Etirazlarda saxlanıb, inzibati qaydada həbs edilənlər də var.

Müsavat partiyasının Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlunun dediyinə görə, dindarlar müxtəlif bəhanələrlə həbs ediliblər:

Sədar Babayev
Sədar Babayev

11 dindar həbs edilib

“2012-ci ildən bu yana Masallı dindarlarından 11 nəfəri uzun müddətli həbsə məhkum edilib. Onlardan 1 nəfər səhhətinə görə, 1 nəfər isə cəzasını başa vuraraq azadlığa buraxılıb. Hazırda Masallı rayonunda9dindar həbsdədir. Bura inzibati qaydada, 10 günlük, 1 aylıq cəzalananlar daxil deyil. Qısa müddətli həbslərçox olub.”

Buna da bax: Masallı rayonunda ilahiyyatçı həbs edilib​

X. Səfəroğlunun deməsinə görə. həbs edilən dindarların hərəkətində radikallıq olmayıb:

Jurnalistlərin vəsiqəsi cırılıb...

“Hacı Sərdar Babayevin tutulma səbəbini hüquq mühafizə orqanları, onun xaricdə dini təhsil alması ilə əlaqələndirir. Lakin o təhsilini qadağa ilə bağlı qanunu qəbul edilməmişdən öncə almışdı. Bundan başqa, belə bir vəziyyətə görə, həbs səmimi görünmür. Bu baxımdan həbsi ədalətli hesab etmək olmaz . Bu siyasi xarakterli həbsdir .Son zamanlar Sərdar Babayevin xütbələri, vətəndaş mövqeyindən çıxış etməsi bəzilərini narahat edib. İstər Nardaran hadisələri, istərsə də digər haqsızlıqlarla bağlı tənqidi fikir səsləndirməsi onun həbsinə rəvac verdi. Buna etiraz olaraq ötən həftə cümə məscidində xütbədən sonra Masallı dindarları etiraz yürüşü keçirmişdilər. Polis aksiyanı qanunsuz hesab edərək 3 nəfəri inzibati həbs, 9 nəfər isə pul cəriməsi ilə cəzalandırılmışdır. Həbs olunanlara qarşı qeyri etik davranışlara yol verilib. Hətta jurnalistin peşə fəaliyyətinə mane olublar, vəsiqəsini cırıblar.”

Dəfələrlə təqiblərlə üzləşdiyini deyən Mirələm Hüseynov da qeyd edir ki, Masallı rayonunda dindarların həbsi 2012-ci ildən başlayıb:

Həbslər 2012-ci ildən başlayıb

Masallı, Məscid, 2017
Masallı, Məscid, 2017

“Rafil Hüseynov 2012-ci ildəMasallıya başçı gələndə folklor festivalı keçirilirdi. Onda dindarlar diskotekanın olmasına etiraz edirdilər. Buna görə 30-a yaxın dindar həbs edildi. Çəkiliş edərkən “Xəbər44.kom”un baş redaktoru da həbs olunmuşdu.”

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov isə deyir ki, kim qanunu pozubsa həbs edilməlidir:

“Xarici ölkələrdə dini təhsil almış şəxslər məscidə moizə oxuya bilməzlər”

“Qanun var, xarici ölkələrdə dini təhsil almış şəxslər məscidə gedib orda moizə oxuya, təbliğat apara bilməzlər. Pişnamazlıq edə bilməzlər. Bu adama da bir neçə dəfə deyildi ki, məscidə gəlmə . Gəlirsən gəl, minbərə çıxma, moizə vermə. Alınmadı. Mənim də adımı hallandırıb, güya onu mən çağırmışam. Özünü xilas etmək üçün edir. Rayonda sakitlikdir...”

Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının deməsinə görə də, həbs olunanlar Azərbaycan qanunlarını pozmuş adamlardır.

“Qanuna görə xarici ölkələrdə dini təhsil almış adamlarla bağlı qadağalar var. Sərdar Babayev qanuna əməl etməyib. ”

Buna da bax: Azərbaycanda dindarları nə üçün həbs edirlər?

Müavin vurğulayır ki, həbs edilmiş adamlar əməllərinə görə, cəza alıblar.

Ancaq, adının çəkilməsini istəməyən, sosial şəbəkələrdə fəal olan bir yerli sakin isə deyir ki, Masallı rayonunda icra hakimiyyəti dindarlardan ehtiyat edir:

“Alternativ fikir yoxdur”

Livanda aksiya, Beyrut, 18 aprel 2015
Livanda aksiya, Beyrut, 18 aprel 2015

“Dindarların cərgələri günü-gündən artır. Ölkə telekanalların hamısı eyni fikirləri təkrarlayırlar. Düzlükdən, həqiqətdən, adamların düşdüyü problemlərdən söhbət getmir. Alternativ fikir yoxdur. Dindarlar isə həmin problemlərdən açıq sürətdə danışırlar. Xaricdən təsir məsələsi əvvəllər var idi. İndi elə də güclü deyil. Ölkə içi problemlər artdıqca, dindarların da nüfuzu artır. Gənclər aktivdir. İnanmıram ki, həbslərlə bunun qarşısını almaq mümkün olsun. ”

Masallı rayonunda 100-dən çox məscidin olduğu bildirilir.

XS
SM
MD
LG