Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:37

Hakimlərin fəaliyyətini qiymətləndirənlər belə seçiləcək…


Azərbaycanda məhkəmə sistemi
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Azərbaycanda məhkəmə sistemi

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq. Bu, mayın 31-də Milli Məclisin müzakirəsinə çıxarılan "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklər layihəsində əksini tapıb. Dəyişikliyə görə, 15 üzvdən ibarət tərkibin müəyyən edilməsində hakimlər konfransının da rolu olacaq. Konfransda doqquz hakim (üçü Ali Məhkəmə hakimi, üçü apellyasiya məhkəmələrinin hakimi, üçü birinci instansiya məhkəmələrinin hakimi) seçiləcək. Daha bir yer Konstitusiya Məhkəməsinin təyin etdiyi hakimə ayrılacaq. Qalan yerləri isə Milli Məclis, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Milli Elmlər Akademiyası və hakimlər konfransının nümayəndələri tutacaq.

Üzvlərin səlahiyyət müddəti beş ildir. Məhkəmə-Hüquq Şurasının sədri hakim üzvlər sırasından sadə səs çoxluğu ilə beş il müddətinə seçilməlidir.

F.Mustafa
F.Mustafa

"Şuranın başında icra orqanı duranda…"

Qanun layihəsində Məhkəmə-Hüquq Şurasında icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayının azaldılması, hakim üzvlərinin artırılması təklif edilir. Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a deyib ki, bu, Avropa Şurasının da tələbidir: "Yəni, Məhkəmə-Hüquq Şurasının başında hakim korpusundan bir nəfər durmalıdır. Şuranın başında icra orqanı duranda bu, məhkəmə hakimiyyətinin müstəqilliyini şübhə altına alır. Ona görə də burada dəyişiklik edilir".

F.Mustafanın vurğulamasına görə, digər tərəfdən, burada hakim seçkisi ilə bağlı prosedurdan Baş Prokurorluğun təmsilçisi çıxarılır, onun əvəzinə Milli Məclisin nümayəndəsi əlavə olunur: "Qanunvericilik orqanı burada daha çox önə çəkildi".

Deputatın fikrincə, qanuna dəyişikliklər müsbət təsirini göstərəcək: "O baxımından ki, hakimlərin problemlərini ən yaxşı özləri bilir. Müsbət dəyişiklik elə o yöndən gözlənilir".

Y.İmanov
Y.İmanov

"Formallıqdan başqa bir şey deyil"

Hüquqşünas Yalçın İmanov isə AzadlıqRadiosuna bildirib ki, qanunda dəyişikliklər heç bir pozitiv yenilik yarada bilməz: "Azərbaycan məhkəmə sisteminin problemi Məhkəmə-Hüquq Şurasının üzvlərinin hansı qaydada və necə, hansı paritet əsasında seçilməsi deyil. Azərbaycan məhkəmə hakimiyyətinin problemi müstəqilliyi, siyasi hakimiyyətdən azad olmaması ilə bağlıdır".

Dəyişikliklərdən heç bir gözləntisinin olmadığını deyən hüquqşünasın fikrincə, əsas problemlərdən biri də hakimləri mərkəzi icra hakimiyyətinin təyin etməsidir: "Azərbaycan Konstitusiyasına görə, icra hakimiyyətinin rəhbəri - prezident məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Amma hakimiyyətinin bölgüsünə görə, icra hakimiyyətinin rəhbəri hakimiyyətin digər qolu olan müstəqil məhkəmə hakimiyyətinin təminatçısı ola bilməz. Hakimlərin sonda məhz prezidentin sərəncamı əsasında təyin edilməsi bu müstəqilliyə xələl gətirir".

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Y.İmanov hesab edir ki, qanunda institusional dəyişiklər baş verməlidir: "Bunun üçün ən əsas siyasi iradə olmalıdır. Məhkəmə sisteminin əsas siması olan hakimlərin müstəqil qərarlar verməsinə şərait yaradılmalıdır. Əks halda, qanuna dəyişiklik formallıqdan başqa bir şey deyil".

Məhkəmə-Hüquq Şurası Azərbaycanda məhkəmə sisteminin təşkili, onların fəaliyyətinin qiymətləndirilməsi... və məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

XS
SM
MD
LG