Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:59

NATO admiralı: ‘Biz Rusiya ilə münaqişəyə hazır olmalıyıq’


Rob Bauer
Rob Bauer

NATO Rusiya ilə müharibə də daxil gözlənilməzliklərə hazır olmalıdır.

Bunu NATO hərbi komitəsinin başçısı, niderlandlı admiral Rob Bauer yanvarın 19-da Brüsseldə alyansın Avropada ən böyük hərbi manevrlərinin ərəfəsində deyib:

"Biz arxayın olmamalıyıq ki, sülh şəraitində yaşayırıq. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazır olmalıyıq”.

Admiral deyib ki, alyans müharibəyə yüksək dərəcədə hazır olmalı, “gözlənilməyəni gözləməlidir”.

Bauer əlavə edib ki, NATO bu məqsədlə döyüş hazırlığı vəziyyətinə transformasiya edilməlidir.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Tagesspiegel qəzetinə müsahibəsində xəbərdarlıq edib ki, Ukraynadakı müharibə qonşu ölkələrə yayıla bilər:

"Biz Kremldən gələn hədələri hər gün eşidirik. Bu yaxınlarda belə hədələr Baltik dövlətlərindəki dostlarımıza ünvanlanıb”.

NATO böyük təlimlərə hazırlaşır

NATO sözü gedən döyüş hazırlığını təkmilləşdirmək məqsədilə Avropada ən böyük manevrlərin keçirilməsinə hazırlaşır.

Gələn ay başlanacaq Steadfast Defender 2024 təlimləri mayadək davam etməlidir.

90 min hərbçinin iştirak edəcəyi bu təlimlərdə NATO özünün regional planlarını həyata keçirməyi məşq etməlidir.

Alyansın bu barədə bəyanatında deyilir ki, bu təlimlər NATO-nun “mürəkkəb çoxməkanlı əməliyyatları” həyata keçirmək qabiliyyətini nümayiş etdirməlidir.

Ukrayna müharibəsinin şərq cəbhəsində son zamanlar ciddi dəyişiklik baş vermir. Rusiya Ukrayna şəhər və kəndlərini raket və dron atəşinə tutmaqda davam edir.

Ukrayna isə Rusiyanın dərinliklərindəki iqtisadi və hərbi hədəfləri vurmağa çalışır.

XS
SM
MD
LG