Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:14

"Papa gələndən sonra Azərbaycanda katoliklərin sayı ciddi arta bilər"


Papa Fransisk
Papa Fransisk

►İlahiyyatçı Elşad Miri deyir ki, Papa Francis-in fərqli hərəkətləri Azərbaycanda ona rəğbəti artırır

Roma Papası Francis iyunun 24-26-da Ermənistanda, sentyabrın 30-u – oktyabrın 2-də isə Gürcüstanda və Azərbaycanda səfərdə olacaq. Bu haqda Vatikan radiosu Papanın rəsmi ofisinə istinadən məlumat yayıb.

Papa Francis-in Qafqaz səfəri artıq din xadimləri, ilahiyyatçılar arasında müzakirə olunur. İlahiyyatçı Elşad Miri deyir ki, Papanın fərqli hərəkətləri Azərbaycanda da ona rəğbəti artırıb.

– Roma Papası adi bir dövlət başçısı deyil. Həm bir dövlətin başçısıdır, həm də xristian, katolik dünyasının başında dayanan bir Papadır. İndiki Papa əvvəlkilərdən fərqli olaraq daha yumşaq, xristianlığın geridə qalan müəyyən rituallarını həyata keçirən, fərqli bir imic formalaşdıran bir Papadır.

– Bu, Roma Papasının Azərbaycana ikinci səfəri olacaq. II John Paul 2002-ci ildə Azərbaycanda olmuşdu. Bu səfərlər nəyi dəyişir?

– Əvvəlki Papa II John Paul Azərbaycana gələndə burada böyük bir Məryəm Ana Kilsəsi tikildi. Ona qədər Azərbaycanda xristian katoliklərinin sayı 30-40 nəfər idi. Onun Azərbaycana gəlişi ərəfəsində katoliklərin sayının 800, 1000 nəfər, səfərindən sonra isə daha da artmasını şahidi olduq. İndi yeni gələcək Papanın səfəri ilə Azərbaycanda katoliklərin sayında ciddi artım ola bilər. Çünki katoliklər dünyada öz missioner fəaliyyətləri ilə məşğul olan yeganə məzhəblərdəndir. Azərbaycanda keçmiş sovet rejimindən çıxmış, bu bölgədə doğulduğuna görə özünü müsəlman adlandıran, lakin islamı bilməyən, bu gün ölkədəki dini qurum və idarələrin yarıtmaz fəaliyyətinin doğurduğu çoxlu insan var. Yeni Papanın fərqli rituallar yerinə yetirməsi, özünü müsəlman din xadimlərindən fərqli aparması, katoliklərin artmasına rəvac verəcək.

___________________________________________________________

Bunlara da bax:
Avropa Oyunlarındakı avtobus qəzası üzrə məhkəmə başlandı
Qaz idarəsinin işçiləri niyə döyülür?

___________________________________________________________

– Bu səfərin Papanın missiyasına uyğun olaraq, Cənubi Qafqaza sülh gətirə biləcəyini gözləyənlər də var.

– İndiyə qədər Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ermənistanın din xadimi Qaraginlə görüşləri nə qədər “sülhpərvər missiya” daşıyıbsa, Roma Papasının gəlişi də eyni şəkildə olacaq. Bu səfər “torpağı qaytar”, “Azərbaycana bu yaxşlıqları elə” missiyası daşımır. Papanın gəlişinin məqsədi dünyadakı pravoslavlar, protestantlar, onların müxtəlif qolları arasında birləşdirici funksiyasını yerinə yetirməkdir. Papa buna can atır. Onun işğal altında olan torpaqların Azərbaycana qaytarılması ilə bağlı hansısa missiyası mümkün də deyil. Çünki indiyə qədər Azərbaycan və Ermənistan din xadimlərinin görüşlərinin bir nəticəsi oldumu? Xeyr. Roma Papası bu gün üzərinə götürdüyü missiyanı məharətlə davam etdirir. Bu gün xristian dünyası ilə bağlı mənfi imicin yenidən fərqli bir şəkildə formalaşmasına çalışır.

– Papa Francis-in məhbusların, miqrantların ayağını yuması, əlini öpməsi, cinsi azlıqlara tolerantlıq çağırışları, gülərüz selfiləri ona rəğbəti artırır. Azərbaycanda ona rəğbət necədir, Paul-un səfəri ilə onun səfərinin arasında hansı fərqlər var?

– Mənim Argentinada bir tələbəm var. Francis hələ Papa seçilməmişdi. Həmin tələbəm onun həqiqətən də yaşadığı ölkədə müsbət imicindən danışırdı. Camaatın istifadə etdiyi nəqliyyata minməsi, digər din xadimlərindən fərqli olaraq adının qalmaqallı məsələlərə bulaşmaması, həmin dövrdə gündəmdə olan uşaqbazlıq məsələlərini qəbul etməməsi, buna haqq qazandırmaması və s. Papa seçiləndən sonra da əvvəlki papaların etmədiyi bir çox missiyanı, yəni, xristianlıqla bağlı məsələləri gündəmə gətirib dünyada müsbət imic qazandı. İstər Amerikada, istərsə digər ölkələrdə çıxışlarında da bunun şahidi olduq. Son dövrlər isə onun həm müsəlman, həm müsəlman olmayan, həm qaradərili insanların ayağını yuması, ayağını öpməsi, İsa peyğəmbərin sağlığındakı missiyasını gündəmə gətirib fərqli bir imic formalaşdırmaqdadır. Həm də bunlarla mesajlar vermiş oldu. Onun selfilər çəkdirməsi, insanlarla gülərüz davranması, digər papalar kimi daha kəhkəşanlı yerdə qalmaması və s. bunu formalaşdırıb. II John Paul 2002-ci ildə Azərbaycana gələndə məmurlar onunla görüşüb ondan İncil ala bildilərsə, indikinin də gəlişi ancaq bu nəticəni verə bilər. Gözlənilən də elə budur.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

Buna da bax: Putin Qarabağ haqda danışır

Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG