Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:20

Qırğızıstan AzadlıqRadiosunun bank hesabını dondurub


AzadlıqRadiosunun Bişkekdəki ofisində studiya
AzadlıqRadiosunun Bişkekdəki ofisində studiya

Bundan bir qədər əvvəl Qırğızıstanın hakimiyyət orqanları Azattık radiosunun internet saytını iki ay müddətinə bloklamışdı

AzadlıqRadiosunun Azattık adı ilə tanınan Qırğız xidməti Bişkekdəki banklardan birinə AzadlıqRadiosuna aid hesabın xəbərdarlıq edilmədən dondurulmasına dair sorğu göndərib.

Qırğızıstandakı Demirbank bankının nümayəndələri oktyabrın 31-də demişdilər ki, sözü gedən hesabın dondurulması üçün Dövlət Milli Təhlükəsizlik Komitəsindən bildiriş alınıb.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Bundan bir qədər əvvəl Qırğızıstanın hakimiyyət orqanları Azattık radiosunun internet saytını iki ay müddətinə bloklamışdı.

Buna səbəb radionun Tacikistanla sərhəddə toqquşmalar haqqında videoreportajın saytdan çıxarılması tələbini yerinə yetirməməsi idi.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay (Jamie Fly) noyabrın 1-də verdiyi bəyanatda Azattık radiosunun hesabının dondurulmasını pisləyib:

"Qırğızıstan hakimiyyətinin bu eskalasiyası, belə görünür Qırğızıstanın öz qanunlarına ziddir. Biz jurnalistlərimizin susdurulmasına yönəlmiş bu cəhdə qarşı mübarizə aparacağıq”.

Flay əlavə edib ki, Azattık Radiosu etibarlı xəbər mənbəyidir və onun əngəlsiz fəaliyyətinə imkan verilməlidir.

Qırğızıstan öz qanunlarını pozub

Qırğızıstanın banklar və bank fəaliyyəti haqqında qanununa görə banklar hesabları yalnız məhkəmə qərarından sonra dondura bilər.

Bu qanuna görə hər hansı hüquq-mühafizə orqanının rəsmi sorğusu bank hesablarının dondurulmasına əsas vermir.

Qırğızıstan hökuməti Azattık Radiosu internet saytının bloklanması barədə qərarı oktyabrın 26-da qəbul etmişdi.

Bundan əvvəl AzadlıqRadiosu onun “Amerikanın səsi” radiosu ilə şərikli layihəsi olan rusdilli CurrentTime saytının hazırladığı videonun saytdan çıxarılmasına dair tələbi rədd ermişdi.

Rəsmilərin ittihamı

Qırğızıstan rəsmiləri iddia edirlər ki, videoda əsasən Tacikistanın mövqeyi dəstəklənib.

Hakimiyyət bu qərarını Saxta İnformasiyadan Müdafiə haqqında qanunun əsasında çıxarıb.

Bu qanun hələ ötən ilin avqustunda qəbul olunarkən geniş tənqidə tuş gəlmişdi.

Oktyabrın 28-də AzadlıqRadiosu ilə həmrəylik nümayişi kimi Qırğızıstanın müstəqil media qurumları internet saytlarını bir neçə saat ərzində qaraltmışdılar.

Həmin vaxt ekranlarda qara fonda yalnız “Bugün xəbər yoxdur. Qırğızıstanda media təzyiq altındadır” sözləri görünürdü.

Qırğızıstan hökumətinin qərarını ölkənin bir sıra millət vəkilləri və insan haqları fəalları da tənqid ediblər.

Matrayımov kimdir?

Son vaxtlar AzadlıqRadiosunun Bişkek ofisinin qarşısında keçirilən mitinqlərdən birində radionun əməkdaşları hədələnmişdi.

Bu aksiyanın əksər iştirakçıları üzlərinə maska taxmışdlar, kameradan yayınırdılar və tələbləri barədə suallara cavab verməkdən imtina edirdilər.

Həmin mitinqin təşkilatçısı İlimbek İsrailov AzadlıqRadiosu müxbirlərinin üstünə benzin tökməklə və onlara qarşı zorakılıqla hədələmişdi.

İsrailov Gömrük Xidmətinin keçmiş rəis müavini Rayımbek Matrayımovu dəstəkləyən aksiyaların təşkilatçısı kimi tanınır.

2019-cu ildə AzadlıqRadiosu, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi - OCCRP və Qırğızıstanın Kloop portalının apardığı birgə araşdırması göstərmişdi ki, Matrayımov yüz milyonlarla dolların Qırğızıstandan çıxarılmasını reallaşdıran korrupsiya sxemlərində iştirak edib.

XS
SM
MD
LG