Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Şallaq altında mahnı oxuyan iranlı qadın


Röya Heşməti
Röya Heşməti

İranda kürd əsilli qadın Röya Heşmətinin şallaqlanması qadınların iddia olunan "əxlaqi" pozuntulara görə sərt cəzalandırılmasını kəskin qınaq hədəfinə çevirib.

33 yaşlı qadın həm də adını təmizə çıxarmalıdır, baxmayaraq ki, şallaq cəzasının rəsmi əsaslandırılması belə suallara yol açıb.

Heşməti ötən həftə Facebook-da yazıb ki, apreldə hicabsız şəklini paylaşdığına görə 74 şallaq cəzasına məruz qalıb. Həmin fotoda o, dünyanın əksər hissəsində mühafizəkar sayılacaq geyimdədir - qırmızı köynək və qara ətək geyinib, Tehranın populyar küçəsində arxası kameraya yürüyür.

Bu post Heşmətinin 11 günlük həbsi ilə nəticələnib, çünki o, ictimai yerdə hicab taxmayıb. Daha sonra isə isteblişmentə qarşı propaqanda, ictimai asayişi pozma, əxlaqsız sosial media kontenti yaymaqda ittiham olunub.

O, əvvəlcə bu ittihamlarla 13 illik həbsə məhkum edilib, sonradan bu, bir il şərti cəza, ölkədən çıxmağa üçillik qadağa, 25 dollar cərimə və kürəyinə 74 şallaq cəzası ilə əvəzlənib.

Şallaqlananda mahnı oxuyub

Tehranda yaşayan, İranın qərbi Kürdüstan vilayətinin ikinci böyük Sənəndəc şəhərindən olan qadının şallaq cəzası yanvarın 3-də icra olunub. O, başına gələnləri Facebook-da detallı təsvir edib. Yazıb ki, zərbələr onda şok yaradıb, amma ağrılara dözüb, ölkədəki "Qadın, Həyat, Azadlıq" etirazları vaxtı populyarlaşmış mahnını oxuyub: "Qadın naminə, həyat naminə, quldarlıq donu cırılır, qara gecədən sonra sübh açılır və bütün qamçılar baltalanır".

2022-ci ilin sentyabrında kürd qadın Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bu hadisə ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Etirazlar azı 550 nümayişçinin ölümü ilə nəticələnib.

Tehranda başıaçıq qadınlar gözə dəyir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Yeni iddialar

İran mediasında Heşməti ilə bağlı yeni iddiaların yer alması isə hakimiyyətə tənqidləri daha da gücləndirib. Deyilir ki, qadın xəsarətlərini göstərən saxta fotolar yerləşdirib, şallaqlama hicaba yox, onun İrandan kənar mütəşəkkil qrupla əlaqələrinə görədir. Ədliyyəyə bağlı "Mizan" saytının yaydığı sonuncu iddiaya görə, Heşməti İranın hicab qanununa açıq meydan oxumaq üçün xarici qruplardan pul alıb.

Heşməti isə şallaq cəzasından sonra bədəninin hər hansı fotosunu yaymadığını, üzləşdiklərini başqa yollarla çatdırmağa üstünlük verdiyini deyir.

Qadının vəkili Mazyar Tatai də müvəkkilinin məhz hicabsız fotoya görə şallaq cəzasına məruz qaldığını təsdiqləyib. O, "Şərq" qəzetinə deyib ki, küçədə hicabsız gəzməyə görə 74 şallaq və cərimə cəzası məhkəmə hökmündə göstərilib.

Məqaləni AzadlıqRadiosunun fars xidmətinin materialları əsasında Maykl Skollon (Michael Scollon) qələmə alıb.

XS
SM
MD
LG