Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:57

E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'


Rüfət Səfərov
Rüfət Səfərov

Dünən, oktyabrın 3-ü hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovla atası Eldar Sabiroğlu görüşüb.

E.Sabiroğlu deyir ki, görüşə R.Səfərovun anası və xanımı da qatılıb.

Atası oğluna işgəncələr verildiyini iddia edir:

«Getməyimə peşman oldum, kaş, onu belə görməyəydim. 10 gün «kars»ın divarları arasında, beton döşəmənin üzərində qalmasına baxmayaraq, müvazinətini itirməmiş və sarsılmamışdı. Mən bunu Rüfətin əhval-ruhiyyəsində hiss edərkən daxili bir rahatlıq tapdım. Oğlumu əymək, sındırmaq istəsələr də, məqsədlərinə nail ola bilməyiblər».

E.Sabiroğlu deyir ki, oğlu sentyabrın 22-si aclıq aksiyası barədə ərizəni cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim edib. R.Səfərovun cəzaçəkmə yerlərində qanunsuzluqlara, bəzi məhbusların əsassız yerə incidilməsinə etiraz etdiyi bildirilir.

«Aşağı düşən kimi 10 nəfərdən ibarət əməliyyat qrupu Rüfəti yerə yıxaraq əllərinə qandal vurub. Onu təpik, dəyənəklə döyüblər. «Kars»da əl və ayaqlarını dəmir çarpayıya qandallayaraq, 3 saatdan çox bu halda saxlayıblar. Bu nə vəhşətdir, bu nə qəddarlıqdır? Doğrusu, ağlıma gətirə bilmirəm»,- E.Sabiroğlu bildirir.

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

«İŞGƏNCƏ VERİLƏ BİLMƏZ VƏ VERİLMİR»

E.Sabiroğlu vurğulayır ki, R.Səfərovun dedikləri anasını və xanımını sarsıdıb:

«Bunların Allahı yoxdur, hər nə desən gözləmək mümkündür. Rəis müavini Rüfətə deyib ki, «Sənin başına bu əsgərləri iş….əm, başını unitaza soxub səni orada boğacam».

E.Sabiroğlunun açıqlamalarını Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə təkzib edir:

«Ümumiyyətlə, istər Rüfət Səfərova, istərsə də digər məhbusa cəzaçəkmə müəssisələrində işgəncə verilə bilməz və verilmir».

Keçmiş müstəntiqin cərimə kamerasına salınmasına gəldikdə isə, M.Sadıqov deyir ki, müəssisənin bu qərarını məhbus özü və vəkili məhkəmə vasitəsilə mübahisələndirə bilər.

XATIRLATMA

R.Səfərov 2015-ci ilin dekabrında bəyanat verərək, hüquq-mühafizə orqanlarından çıxıb. O, hüquq mühafizə orqanlarının fəaliyyətini kəskin tənqid edib.

Daha sonra ona qarşı təkrar rüşvət almaq ittihamı irəli sürülüb.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib.

R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi ilk vaxtlarda da «kars»a salınıb.

O, bu dəfə oktyabrın 2-də «kars»dan çıxıb.

XS
SM
MD
LG