Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:46

Növbədənkənar prezident seçkilərində təşviqat başlayır


Seçki bülletenləri sayılır, arxiv fotosu
Seçki bülletenləri sayılır, arxiv fotosu

Bu gün, yanvarın 15-dən Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar təşviqat mərhələsi başlanır.

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Onlar hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Razi Nurullayev (Milli Cəbhə Partiyasının sədri), Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri) və Qüdtət Həsənquliyevdir (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri). Digər iki namizəd isə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

Seçki kampaniyası başladıqdan etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) namizədlərin irəli sürülməsi haqqında ümumilikdə 17 müraciət daxil olub. Onların hamısı təsdiq edilib və onlara imza vərəqələri verilib.

Amma cəmi 7 namizədliyə iddaçı 40 min imzanın yer aldığı sənədləri qaytarıb. İmza toplamaqda çətinliklə üzləşdiklərini bildirən bəzi iddiaçılar isə bunu vaxt azlığı və qanun pozuntuları ilə izah edib.MSK onların açıqlamasına, hələlik, münasibət bildirməyib.

Xatırlatma

Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin təxminən 1 il önə çəkilməsini, artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa edilməsi (2020-ci ildə Ermənistanla 44 günlük savaş, bu il isə qısa hərbi əməliyyatlarla Qaqabağ və ətraf 7 rayona nəzarət bərpa edilb) ilə izah edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG