Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:35

Taliban ‘Quran’ın yandırılmasına belə reaksiya verdi


Kabildə məscid
Kabildə məscid

Taliban administrasiyası iyulun 11-də bildirib ki, keçən ay İsveçin paytaxtında məscidin qarşısında “Quran” yandırıldıqdan sonra İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri dayandırılmalıdır.

“Müqəddəs Qurani-Kərimin təhqir edilməsindən və müsəlman inanclarının təhqirinə icazə verildikdən sonra... Əfqanıstan İslam Əmirliyi İsveçin Əfqanıstandakı bütün fəaliyyətini dayandırmağı əmr edir”, – Taliban administrasiyasının sözçüsü Zabiullah Mücahid bildirib.

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirəndən sonra İsveçin Əfqanıstanda səfirliyi bağlanıb.

Minlərlə humanitar yardım işçisi...

Göstərişin Əfqanıstan üzrə İsveç Komitəsinə təsir göstərəcəyi gözlənir. Bu İsveç qeyri-hökumət təşkilatının Əfqanıstanda səhiyyə, təhsil sektorlarında və kənd yerlərində minlərlə humanitar yardım işçisi çalışır.

Ötən ay İsveçdə bir iraqlı mühacirin Stokholm məscidinin qarşısında “Quran”ı yandırması müsəlman dünyasını qəzəbləndirib.

Əfqanıstan üzrə İsveç Komitəsi Talibanın əmri ilə bağlı “Reuters”in sorğusuna dərhal cavab verməyib. Taliban administrasiyası isə qərarın hansı təşkilatlara təsir göstərəcəyi haqda ətraflı məlumat açıqlamayıb.

Əfqanıstanın yardım sektoru artıq bir sıra məhdudiyyətlərlə üzləşib, qadın yardım işçilərinin fəaliyyəti yasaqlanıb. Birləşmiş Millətlər Təşkilatının illik humanitar planına maliyyənin ixtisarı isə donor ölkələrin maliyyə dəstəyini azaltdığını göstərir.

XS
SM
MD
LG