Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:26

TikTok-un çinli sahibi ByteDance haqqında nə bilinir?


TikTokun Kaliforniyadakı iqamətgahı
TikTokun Kaliforniyadakı iqamətgahı

“TikTok”un sahibi olan “ByteDance” Çin şitkətidir. ABŞ Konqresinin Nümayəndələr Palatası iki həftə öncə bu şirkətə 6 ay vaxt verən qanun qəbul edib. Həmin qanuna görə, şirkət “TikTok” mobil əlavəsinin aktivlərini ABŞ-a təhvil verməlidir. Əks halda mobil əlavə yasaqlanacaq.

Bu, Tramp administrasiyası dövründən bəri “TikTok”un ABŞ-da üzləşdiyi ən böyük təhdiddir. “Reuters” dekabr ayında dəyəri 268 milyard dollar olan bu Çin şirkəti barədə açıqlayıcı məlumat verib.

“ByteDance” nəylə məşğuldur?

Mobil əlavələri ayrıca tezliklə buraxdığından, "App fabriki" adlandırılan “ByteDance”ni 2012-ci ildə proqram mühəndisi Janq Yiminq Pekində qurub. “ByteDance” “TikTok”, “Douyin” və “Toutiao” kimi mühüm mobil əlavələr yaratdığı üçün dünyanın aparıcı alqoritm şirkəti sayılır. Güclü tövsiyə sistemləri onun mobil əlavələrini istifadəçilərə cəlbedici edir.

Şirkətin ilk uğurlu layihəsi 2012-ci ildə buraxılan “Toutiao” xəbər əlavəsidir. Bu əlavə hər istifadəçinin zövqünə uyğun kontent təklif edə bilir.

“TikTok”un Çindəki “bacı”sı “Douyin” 2016-cı ildə fəaliyyətə başlayıb və dərhal uğur qazanıb. Heç bir il ötmədən. “Douyin” “ByteDance”in 100 milyondan çox istifadəçi toplayan ikinci layihəsinə çevrilib.

Bir il sonra “ByteDance” “Douyin”in “TikTok” adlı beynılxalq versiyasını buraxıb. “ByteDance” öncədən iki əlavənin iki fərqli məhsul kimi təqdim edildiyini desə də, onların loqosu eynidir. İstifadəçilər üçün interfeys dizaynı da bir-birinə bənzəyir. Qurucu, CEO və əsas yatırımçılar Çinin cənub-şərqindəki Fucian əyalətində doğulan Janq Tyan Çindəki Nankay Universitetində proqram mühəndisliyi sahəsində təhsil alıb.

“ByteDance”i təsis etməzdən öncə...

“ByteDance”i təsis etməzdən öncə bir çox texnologiya şirkətində, o sıradan qısa müddət “Microsoft”da çalışıb. Janq “ByteDance”in ilk illərində vaxtının çoxunu Pekində “Toutiao” və “Douyin” üzərində çalışmaqla keçirib. Ancaq COVID-19 pandemiyası başlayandan bəri o, xaricdə daha çox vaxt keçirməyə başlayıb.

Onun fəaliyyətindən xəbərdar olan, ancaq adlarının çəkilməsini istəməyən insanlar Janqın, əsasən, Sinqapurda olduğunu deyirlər. O, 2021-ci ildə “ByteDance”in CEO-su vəzifəsindən geri çəkilərək, bu vəzifəni şirkətin həmtəsisçisi və universitet illərində özünün otaq yoldaşı olmuş Lianq Ruboya ötürüb. Yanq o zaman ideal menecer sayılmaq üçün lazımi sosial bacarıqlara yiyələnmədiyindən, vaxtını şirkətin uzunmüddətli strategiyasını düşünməyə sərf edəcəyini demişdi.

“TikTok”un dərc etdiyi press-relizdəki məlumatlara görə, “ByteDance”in 60 faizi "Carlyle Group”, “General Atlantic” və “Susquehanna International Group" kimi qlobal investisiya təsisatlarına, 20 faizi şirkətin işçilərinə, yerdə qalanı da Janqa məxsusdur. Ancaq mənbələr bununla yanaşı, Janqın “ByteDance”in səsvermə hüquqlarının 50 faizinə nəzarət etdiyini deyir.

Çin hökuməti ilə münasibətləri

Çinin hakim Kommunist Partiyası əksər iri Çin şirkətləri kimi “ByteDance”də də 2014-cü ildə özünün şöbəsini açıb. Bu, Pekinin şirkət üzərindəki təsiri ilə bağlı narahatlıq doğurub.

2019-cu ildə hökumət şirkətin yerli filialı olan “Beijing ByteDance Technology”nin səhmlərinin 1 faizini ələ keçirəndə bu narahatlıq daha da güclənib.

Şirkət, beləcə, özünün bu filialının idarə heyətində Çin hökumətinə yer verib.

Tramp administrasiyası dönəmində “ByteDance” ABŞ hökumətinin hədəfinə çevrilib. 2020-ci ildə ABŞ hökuməti “TikTok”un ABŞ-dakı aktivlərini satması haqda orderlər dərc edib. Hökumət əks halda “ByteDance”-ın ölkədə yasaqlanacağını bildirsə də, federal məhkəmələr bu orderləri bloklayıb. “TikTok”un təhlükəsizlik və məxfiliyə yanaşmasını tənqid edən ABŞ rəsmiləri istifadəçi məlumatlarının Pekinlə paylaşıla biləcəyini deyirlər.

Amerika qitəsində 170 milyonadək istifadəçisi olan “TikTok” ABŞ istifadəçilərinə aid məlumatları heç vaxt Çin hökuməti ilə paylaşmadığını və Çin hökumətindən bununla bağlı hər hansı xahiş almadığını bildirib.

Narazılıqları yumşaltmağa çalışan “TikTok” “Oracle”la ittifaq quraraq, 2020-ci ildən bəri ABŞ-dakı istifadəçi bilgilərini bu şirkətin bulud infrastrukturunda saxlamağa başlayıb.

Yeni qanun layihəsinə gəlincə, “TikTok” ona müqavimət göstərir. CEO Şou Zi Çü deyib ki, şirkət qadağanın qarşısını almaq üçün özünün qanuni haqlarından yararlanacaq.

XS
SM
MD
LG