Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:15

Türkiyənin bütün məktəblərində 'namaz və dəstəmaz otaqları' olacaq


Türkiyənin Təhsil Nazirliyi bildirib ki, bundan sonra ölkədə tikiləcək bütün məktəblərin oğlanlar və qızlar üçün ayrıca ibadət otaqları olmalıdır.

Euronews xəbər verir ki, yeni qaydalara görə ölkənin bütün qalan dövlət və özəl məktəblərində dəstəmaz alınması üçün ayrıca otaqlar qurulmalıdır.

Türkiyənin Təhsil və Elm Həmkarlar İttifaqı (Eğitim-İŞ) yeni qaydaların Türkiyə Konstitusiyasına zidd olduğunu bəyan edib.

Bu təşkilatın internet saytında prezident Recep Tayyip Erdoğan hökumətinin ölkənin dünyəviliyi prinsiplərini dini təhsilə və hakim AKP-nin təbliğatına qurban verməsi pislənir.

Bəyanatda bildirilir ki, bu qaydaların tətbiqi zamanı heç də bütün Türkiyə vətəndaşlarının haqları nəzərə alınmayıb.

Türkiyədə ötən iyul ayında baş tutmamış çevriliş cəhdindən bu yana aparılan repressiyalarda 138 min müəllim, professor və başqa dövlət qulluqçuları işdən çıxarılıb.

Ötən həftə prezident Erdoğan orta məktəblərin tədris proqramlarından təkamül nəzəriyyəsi dərslərinin çıxarılması qərarını şəxsən dəstəkləyib.

AKP hökumətinin bu qərarına Türkiyə Ali Məktəb Tələbələri İttifaqının üzvləri qəti etirazlarını bildiriblər.

Təşkilatın Türkiyə hökumətinə müraciətində ondan “dərhal bu xətdən geri çəkilməsi” tələb edilir.

Bəyanatda deyilir ki, “əks halda Türkiyə gəncliyi öz yolunu seçməli olacaq”.

Türkiyə hökumətinin qərarına görə Darvinin təkamül nəzəriyyəsi yalnız 18-19 yaşlı tələbə və şagirdlərə keçiləcək.

XS
SM
MD
LG