Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:13

Dastani-Əhməd Hərami


Bu dastanı bu gün bünyad edəlim,
Həqin qüdrətlərin biz yad edəlim.
Gəlin, ey məni bəhrin seyr edənlər,
Bu dərya gövhərindən xeyr edənlər.
Məanidə qılı iki biçənlər,
Dilindən daima gövhər saçanlar.
Gəlin, barı bu gün söhbət qılalım,
Məani kanının dürrün bulalım.
Anın birligini zikr eyləyə dil,
Xatırda qalmaya zərrəcə müşkil.
Zira kim dilləri söylədən oldur,
Anın hikmətləri qullara boldur.
Anın hikmətlərinə əql irişməz,
İşinə kimsənə hərgiz qarışmaz.
Anın keyfiyyəti bulunmadı hiç,
Məkanı qandadur bilinmədi hiç.
Nə zahirdir o kim gözdən iralmaz,
Nə batindür o kim hərgiz görülməz.
Anın əvvəlinin önü bulunmaz,
Anın axırının sonu bulunmaz.
Nə dilim var anı şərh eyləyəm bən
Nə bilim var ki, şərhin söyləyəm bən.
Anın dil zikrini etmək gərəkdir,
Anın doğru yolun getmək gərəkdir.
Yüzüm qara, sözüm qısa, suçum bol,
Belim əgri, yolum doğru, boyum sol.
Şaşı baxdım, cüda düşdüm bən andan
Bənim halım necə olusər andan.1
Qova-qova könül dünyaya irdi,
Ömür keçdi saqalı, saç ağardı.
Əbəs yerlərdə xərc etdim yaşım bən,
Yeridir daşlara dögsəm başım bən.
Həmin vardır ümidimiz səfadan,
Məgər mədəd irişə Mustafadan.
Ümidimiz iki aləmdə oldur,
Anın şəfqətləri qullara boldur.
Dökəli ənbiya “Nəfsi” deyisər,
O ümmətlərinin qeydin yeyisər.
Salam olsun anun yaranlarına,
Müdam rəhmət irişsin canlarına.
Əbubəkir, Ömər, Osman, Əlidir,
Eyi dirliklidir bunlar vəlidir.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . .
Bular tutmadılar kibri, kinayət
Bular bildi nədir dini dinayət.
Səfa xatirlər içində kin olmaz,
Kin olduğu könüllərdə din olmaz.
Sürəlim könlümüzdən kibri, kini,
Yıxarlar kibr edənlər mülki-dini.
Gəl imdi Mustafaya ver salavat,
Deyəlim necədir anla hekayat.
Eşit gəl bir həraminin sözünü,
Əgər görür isən məni yüzünü.
Olursa həqq-taaladan inayət,
Qılam bu qissəyi bir-bir hekayət.


MƏCLİS – 1

Məgər kim ol zamanda bir hərami,
Dərib döşürmüş idi çox hərami.
Özü gürbüzdürür yalak bahadır,
Bahadırlıq yolunda key bəhadır.
Bilirdi sehr elmindən bəğayət,
Nücum elmində də qadirdi qayət.
Gər əfsun oxuyub bir gəz ürəydi
Oluq dəm ayı gögdən endirəydi.
Əli Bu Sina elmindən bilirdi,
Şəhabəddinə ol hizmət qılırdı.
Qılıc salsa bin ərə təpinəydi,
Qağan aslan kibi kim çapınaydı.
Demişlər adına Əhməd Hərami,
Çavı dolmuş idi illər təmami.
Doquz kişi anın yoldaşlarıydı,
Dünü gündüz bilə haldaşlarıydı.
İgin gürbüzlər idi ol ərənlər,
Oları qan qaşanırdı görənlər.
Duraq edibdilər bir sərp arayı,
Oları kimsə varmaya arayı.
Ol aradan yolı kəsmişlər idi,
Ey neçə qafilə basmışlar idi.
Dəlim mal yığladılar anda olar,
Hesabı yox qumaşı, simü zərlər.
Gecə-gündüz şikar edərlər idi,
Gerü ol qalaya girərlər idi.
Buların çavı düşdi Ruma, Şama,
Kimsənə varmaz oldu ol məqama.
Çün on kişi bu hali böylə gördi,
Danışıq etdi bir-birlə oturdi.
Dedi Əhməd Hərami: ey yarənlər,
Mən eşitdim ki, Bağdadı görənlər.
Anın sultanın əngin söylədilər,
Anın malın qatı vəsf eylədilər.
Gəlin, bundan biz enəlim Bağdadə
Şikar edə və key ərqun av edə.
Özümüz şəhr içində gizləyəlim,
O şahın xəznəsini gözləyəlim.
Kim ol sultanın adıymış Şəhinşah
İkən çox mali varmış oldum agah.
Kilidin açalım, malın alalım,
Cəhanda biz ana bir iş qılalım.
Bənim hər yerdə əfsunum yazılur,
Kilidlər açılır, qapu pozulur.
Nə durursuz, durun, bir-bir quşanın,
Nə qayırın, nə qorxun, nə üşənin.
Adıdır dünyada qalan kişinin,
Əgər erkək ola və gər dişinin.
Bular durı gəlib dedi ki sərvər,
Can üstünə nə dersən, ey dilavər.
Xəzinə qapısın bərkitdilər xoş,
Tutub Bağdad yolunu getdilər xoş.
Düni günə qatıb bular çü getdi,
Beş-on gündə bular Bağdada yetdi.
Bir oda tutdular şəhrin ucunda,
İkən azadəvü qovğa yox anda.
Günüzin özlərin gizlərlər idi,
Dün olsa yolların gözlərlər idi.
Xəzinə qandalığın bildi bunlar,
Qolay yol nerdə isə buldu bunlar.
Oturdu ol gecə bunlar danışdı,
Qaçan kim dünün iki bəxşi keçdi.
Yerindən durdu ol Əhməd Hərami
Bilə yaranları düpdüz təmami.
Cəbə cövşən silahı geydi anlar,
Qəza yoluna qoyub başı canlar.
Xəzinədən yana əzm etdilər çün,
Kəmindən çıxub enib getdidər dün.
Gedərkən irdilər bir xoş araya,
İkən gökçək yapılmış bir saraya.
Yuca, möhkəm, lətif key xoş yapılmış,
Zehi memar anı arəstə qılmış.
Füsuskari yapılmış anda hər daş
Qızıl altun sıvayla xoş münəqqaş.
Məgər sultan qızı, ol xub dilaram,
Gecə-gündüz qılırdı anda aram.
Bəğayət xub idi ol şahi-şəngül
Yüzü gül, sözü bülbül, saçı sünbül.
Güləndam idi ol nigarın adı,
Şəkərdən şirin idi sözü dadı.
Utanır inci dişi danəsindən,
Sədəf ağzındakı dür danəsindən.
Gümüşdür, tazə boyn billurə bənzər,
İki cadu gözü səhharə bənzər.
Anın kimi kiməsnə görməmişdi,
Anı görən nişanın verməmişdi.
Üanar idi şəmidanı ilində,
Yazardı xət rəqəm tutmuş əlində.
Divani xət içində sehr edərdi,
O xətt içində yanı mehr edərdi.
Çıraq şövqü qamu pəncərələrdən
Saçardı şöləsin hər arələrdən.
Nə yerdə isə od pünhan degildir
Bular gizlənməgə imkan degildir.
Həramilər çün ol odu görürlər
Danışıban ol arədə dururlar.
Dedi Əhməd Hərami: bən varayım,
Kiməsnə varmı bu köşkdə görəyim.
Kəmənd atdı yuxarı çıxdı ol dəm,
Görür kim oturur bir xubi-aləm.
Qələm əldə yazar yazı oturmuş,
Yüzündən gün kibi bürqə götürmüş.
Qaçan kim qızı gördü döndü getdi,
Yenə yoldaşları qatına yetdi.
Qızı ol urmadı hərgiz məhalə,
Yetişmədi anın fikri bu halə.
Dedi: yürün gedəlim, kimsə yoxdur,
Bilin kim fəthimiz bu yolda çoxdur.
Uruban lafı bunlar tədbir etdi,
Eşit təqdir işi anlara netdi.
Rəvanü çüst ol aradan getdilər,
Xəzinədən yana azim etdilər.
Güləndam sözlərini duymuş idi,
Əlindən qələmini qoymuş idi.
Şoluqdəm pəncərə dibinə vardı,
Kəmənd biği əgildi, baxdı, gördi.
Görür on kişi qatıraq gedərlər,
Xəzinədən yana azim edərlər.
Dedi: bunlar əgər bizdən olaydı,
Bu vaxtın qancəri seyran qılaydı.
Məgər bu kişilər xırsızmı ola,
Anın için düşüb gedər bu yola?
Şu gənc arslan kibi xubi-zəmanə,
Qaqıdı xişm ilə oldu divanə.
Şoluqdəm belinə qılınc quşandı,
Bulardan qorxdu və nə heç üşəndi.
Bular çün xəznə qapusinə yetdi,
Yanınca bunların söyləyə getdi.
Bir əfsun oxudu Əhməd Hərami,
Xəzinə inlədi düşdü təmami.
Dükəli çünki açıldı qapular
Utalu-utalu çün getdi bular.
Taş eşikdə qərar etdi nigarın
Pənah etdi nədir gör intizarın.
Yalın eylədi ol hindi qılıcı,
Görün nə qılur ol fitnə qılıcı.
Gələlim biz həramilər sözünə,
Biləsiz anların fikri, sözü nə?
Xəzinəyə bular kim girdilərdi,
Qumaş, altunu aqca aldılardı.
Göhər, inci, əqiq, ləli – Bədəxşan,
Qızıl, altun, cəvahir, dürrü mərcan.
Həzaran ləvn-ləvn əlvanlı daşlar,
Hesabsız dəxi altutü gümüşlər.
Gərəyincə bulardan aldılardı,
Gerü getməgə niyyət qıldılardı.
Sözə gəldi dedi Əhməd Hərami:
Qılın bir dəm, ey yoldaşlar, arami.
Durun bir danışıq var eyləyəlim,
İşimizin sonunu söyləyəlim.
Nə var tanrı bir isə iş ikidir,
Ölüm dedikləri sanma ikidir.
Məbada izimiz duyulmuş ola,
Yolumuz dörd yana qaplanmış ola.
Ol ucdan mənzilə irəməyəvüz
Ögümüz, usumuz dərəməyəvüz.
Nişanım dəbrənir dəkin degildir,
Bu gün damarlarım sakin degildir.
Birin-birin çığın taşra varınız
Olun hazır, yolunuzu görünüz.
Üçünüz, dördünüz taşra varınca,
Bu iş məlum olur bir dəm durunca.
Həm adəm səsinə urun qulağı
Gözədibən qılın hazır yarağı.
Anın kibi olursa yorurun tez,
Bənə tezcək gəlin, xəbər verün tez.
Həzər eyləyəlim biz ol yağıdan,
Bənəm gürbüz yağıları dağıdan.
Bənim nərəmə kimsə durmaz irdi,
Necə kişlər ünümdən canı verdi.
Bular gərçi bu işi tədbir etdi,
Xuda gör kim necəyi təqdir etdi.
Həman ol birisinə kim buyurdu,
Yüzün qayırmadı qapıya sürdü.
Qapının ikisin çıxdı əgildi,
Haman taş qapıda ömrü dağıldı.
Başın çıxardı, kim baxaydı andan,
Boğazından çalar ol güli-xəndan.
Fələk peymanəsin ol dəmdə içdi,
Başı uruldu anın taşra düşdi.
Biri dəxi irişdi ol şərabə,
Nə şərabdır ömür verdi xərabə.
Macal vermədi anı dəxi çaldı,
Həman dəm gögdəsindən başın aldı.
Qılınc ilə çün anı dəxi yıxdı,
Sürüdi gögdəsin taşra buraxdı.
Dəgər növbət yenə anın birinə,
Varır ol dəxi anların yerinə.
Hələ nə söz uzadayım, e sərvər,
Doquzunun başın kəsdi o dilbər.
Həman Əhməd Hərami qaldı anda,
Qalanı yoldaşların taşda sanırdı.
Bu gəz ol dəxi qapıya yürüdü,
Qalanı qərq olub yatırdı qanda.
Qapının ikisin filhal çıxdı,
İrişdi taş qapıdan taşra baxdı.
Başın göstərdi, yenə çəkmiş oldı,
Güləndam ivmək ilə anı çaldı.
Təpəsinin saçını dərisilə
Qılıc yerə buraxdı silə-silə.
Yenə qaldırdı qılıcını çaldı
Çalamadı yoğurdu taşra gəldi.
Əlindən qurtulur Əhməd Hərami
Görür yoldaşları düpdüz təmami.
Nəzər qıldı qıza, gördü ki, qızdı,
Sarayda gördügüdür, bildi, sezdi.
Eytdi kim, e qız, etdin bənə sən,
Əgər ölməz isəm edəm sənə bən.
Həman bunu dedi və döndü getdi
Gerü, gəldigi yola azim etdi.
Güləndam dəng oluban batdı fikrə,
Həqə yüz tutdu, məşğul oldu zikrə.
Təəccüb eylədi bu işi gördü,
Dün içində əcayib sirrə irdi.
Dedi kim, ey kərim, qüdrət sənindir,
Təalallah, qamu hikmət sənindir.
Qılıcını silib qınına qatdı,
Sarayına gəlibən girdi yatdı.
O gecə sübhə dəkin qıldı təşviş,
Əcayib hal idi der bu olan iş.
Keçib ol dün yenə çün oldu gündüz,
Nur ilə doldu aləm yüzü düpdüz.
Qaçan xurşid ki, məşriqdən göründi,
Ulu dağlar qamu nur tac urundi.
Nura batdı qamu başdan-başadək
Bu cümlə nə ki, qurudan yaşadək.
Yenə cünbüşdə oldu xəlqi-aləm
Qamu vəhşü tuyurü cinnü adəm.
Xəzinədar dəxi xəznəyə vardı,
Nəzər qıldı nə adam ki, nə gördi.
Qapısı xəznənin gördü açılmış,
Gümüş altun ki, yollara saçılmış.
Doquz kişi yatır başı kəsilmiş,
Qılıcları sınıb yayı yasılmış.
Çü gördi bunları ol durdı getdi,
Şəhənşah həzrətinə irdi yetdi.
Dedi bir-bir: necə gördisə halı,
Şəhənşah danladı işbu xəyalı.
Dedi vəzirlərə: durun varalım
Necə haldır, nə başlardır görəlim.
Alıb vəzirlərini gəldi sultan,
Buları gördü tana qaldı sultan.
Xəzinədar malı dərdi və buladı,
Geri yerli yerincə şükri qıldı.
Dürüst gəldi malım hərgiz kəmi yox,
Qamu yerli yerincə əskigi yox.
Anı gördi yenə sultan açıldı,
Yürəgi tazələndi, su saçıldı.
Buyurdu qığırın eldəvü şərdə
Bulun, istən, aran əğyarü yarda.
Mənə bunun kimi lütf işləyən kim
Bu dənli xəznəyi bağışlayan kim.
Nə kişidir gətiriniz görəyim,
Nə dənli mal dilər isə verəyim.
Açıldı xəlq içində işbu dəftər,
Oxundu xəlqi-aləm qıldı əzbər.
Bulunmadı, bilinmədi bu müşkil
Ki, hərgiz həll olunmadı bu müşkil.
Güləndam kimsəyə söyləmədi heç
Bu razı xalqa faş eyləmədi heç.
İkinci məclisə ağaz edəlim,
Yenə Əhməd Həramiyə gedəlim.


MƏCLİS – 2

Qaçan kim ol zəxmli oldı, qaçdı,
Neçə dağlar, neçə səhralar aşdı.
Düni günə ulayıban gedərdi,
Anıb yoldaşlarını ah edərdi.
Der idi: qanı sevgili yaranlar,
Nər arslan kibi ol gürbüz ərənlər.
Əlimdən qafilin çıxdı nedəyin,
Avarə oldum uş qanda gedəyin.
Bir-iki gün qərar etdi, oturdu,
Görün fikrində nə nəsnə bitirdi.
Rəvan yenə yerindən uru durdu,
Satın aldıvü on atlar gətirdi.
Malın, gəncin dükəli anda dərdi,
O atlar üstünə cümləsin urdu.
Bəzirgan şəklinə düzdü özünü,
Krıma əzm edip duttu yüzünü.
Qumaş düzdü Krımda dürlü, əlvan,
Nə dürlü hiylə edər ol nətavan.
Dəlim oğlanlar aldı ay surətli,
Gözi nərgiz, yüzi gül, bay sirətli.
Dəxi aldı qız-oğlanlar, xəlayiq
Huri sanır görən bunları bayıq.
Yarağın düzdü, qoşdu ol hərami
Krımda qalmadı ayruq ərami.
Yenə Bağdada sarı oldu rəvanə1
Qulaq ur billahi bu dasitanə.
Düni günə ulayıban gedərdi,
Bulammı qızı deyü fikr edərdi.
Məgər bir gün göründü şəhri-Bağdad
Gedərdi qayğısın oldu könül şad.
Gəlincə xocalar cavın eşitdi,
Qamu atlandı ana2 qarşı getdi.
İraqdan baxtılar bir toz göründü,
Havanın yüzü toz ilə büründü.
Dedilər kim bu nə çoxluq kişidir,
Bəzirganlıq çərinin nə işidir?
Məgər kim bu bir iqlimin bəgidir,
Sanırmısız bunu bizim biğidir.
Atın kişnəməsi və çan avazı
Dolu olmuş idi ol ulu yazı.
Xocalar endi(lər) atlı atından
Ki, bununla görüşmək niyyətindən.
Buların xatırıyçün ol da endi,
Görüşdi tez gerü atına mindi.
Qılıb mürvət xocayı gətirdilər
Qamusu ana qulluq yetirdilər.
Keçib Əhməd bıyıq burdu oturdu,
Oxudu ulularını gətirdi.
O şəhrin kətxudası dəxi belə
Bezestan kətxudası anın ilə.
Əlini aldı anların gətirdi,
Dil açdı, söylədi pərdə götürdi.
Şəhər kətxudasına der bilirvən,
Özün yaxşı kişi dövlət olurvən.
Gətirdim ərməğanlar xanə yəxşi,
Bular padişəhindürür bəxşi.
Danışıq eyləyəlim şah ilə biz
Yamanlaman bizi bilişdirin siz.
Yedi oğlan gətirdim aydan arı,
Yüzü güldür, şəkərdir ağzı yarı.
Yedi dəxi qız-oğlanlar ay üzlü,
Dini inci kibi, gül şəhd sözlü.
Yedi hindi qılıc, yedi gözəl at,
Yügürsə eyləyə karlanqıcı mat.
Həm üç gövhər gətirmişəm dəxi uş
Qəbul etsin ki, könlümüz ola xoş.
Sabahın xana səninlə varalım,
Mübarək yüzüni xanın görəlim.
Aytdı kətxuda danla gələyin,
Tapın nə kim buyurursa qılayın.
Bişirdi xoş təamlar həm buyurdu,
Qonuqluq etdi, anları doyurdu.
İçildi şərbət anda, yendi çün xon,
Ululara geyirdi xələtü don.
Çün axşam irişbən gün tolundu,
Qamu dağlar başı yavı qılındı.
Gögün üzünə yulduzlar saçıldı,
Dana yaxın yenə bir-bir açıldı.
Sabahın kətxuda qulluq yetirdi,
Xəbər Əhməd Həramiyə gətirdi.
Dedi: xoca, yaraqlanın gedəlim,
Buyur nə qulluğun varsa edəlim.
Ata atlanıb ol iki gönüldü,
Görəlim bu nəsib kimə sunuldu.
Dükəli ərməğanın aldı vardı,
Şəhənşah eşigində gəldi, durdu.
Haman dəm kətxudası girdi şaha
Dedi bir-bir bunu ol padişaha.
Dükəli vəsfi padşah qıldı məlum,
Oxunuz anı dedi şahi-məxtum.
Görəlim kimdürür, nə xocadır ol
Ki, bənim eşqimə çəkmiş dəlim yol.
Çıxıb o kətxuda aldıvü gəldi,
Görüb sultan həramiyi şad oldu.
Əlin öpdü şahın Əhməd Hərami,
Dəlim lütf ilə söylədi kəlami.
Bilgilərin bütün ərz etdi şaha
İkən xoş gəldi qayət padişaha.
Dedi gərçi sizə zəhmətlər oldu,
Bəlakin bizlərə rahətlər oldu.
Dedi Əhməd Hərami şaha: mütləq
Yer etdi eşqiniz canda mühəqqəq.
Sənin ədlini, insafın eşitdim,
Gönüldə mehrini canda iş etdim.
Dilərəm ki, duram qapında bən də,
Dəlim qul qapunuzdadur bəndə.
Qatı müştaq idim irdim qapında,
Gönüldən qul yazıldım uş tapında.
Bihəmdillah bu gün qapına irdim,
Sənin dövlətli yüzün, şaha, gördüm.
Çün anı gördü şah xülqiylə söylər
Səxavü lütfü ədlin şərh eylər.
Qulaq urdu qapıldı sözlərinə,
Nə bilsin şah anın bu sirləri nə?!
Şunun kibi yer etdi şaha ol ər
Keçirdi yanına edindi sərvər.
Gönüldən eşq ilə key sevdi canı
Qomaz yanından ertə keçə anı.
Kişi gönlündəkin kişi nə bilə,
Nə var içində məgər fitnə qıla.
Bir-iki gün bunun üstünə getdi,
Şəhənşah gör necə bir tədbir etdi.
Vəzirləri ilə bir gün danışdı,
Dedi: şu xoca eşqi bana düşdü.
Bu dənli ki kərəmlər qıldı bana
Qızımı verirəm şükranə ona.
Bana bir qol-qanad olsun otursun,
Elinə getməsin, bənimlə dursun.
Vəzirlər məsləhət gördü sözünü,
Vəli bilmədilər məni yüzünü.
Dedi sultan ki: bən bilməz olayın
Ana söylən, nədir fikri biləyin.
Mübarək dügün edib başlayavuz,
Ana görə işimiz işləyəvüz.
Bunun kibi danışıq eylədilər
Məgər bir gün vəzirlər söylədilər.
Dedilər: xoca, sordu səni sultan,
Ki, səndən gördi eylik, mürvət, ehsan.
Qızın istəyəlim almaq rəvamı?
Həlalın, xatunun olmaq rəvamı?
Dedi Əhməd Hərami: qatınıza
Qul olub durayım həzrətinizə.
Nə kim şəh der isə bən anə fərman,
Neçün yox deyəvən nə kim desə xan.
Qul oldum getməzəm qatından ayruq,
Mütiyəm bana buyurursa buyruq.
Həraminin xod istədigi oldu,
Fələkdə istədigin yerdə buldu.
Cavabını anın çün aldı bunlar,
Genə sultan qatına gəldi bunlar.
Nə kim Əhməd Hərami dedi şahə,
Qamu ərz eylədilər padişahə.
Sevindi, aydır; imdi neyləyəlim
Hələ bir qıza dəxi söyləyəlim.
Nə dürlüdür anın gönlün görəlim
Bəs andan bu işə bünyad uralım.
Bir-iki xas xadimlər dururlar,
Duruban şah qızına göndərirlər.
Sarayında xadimlər durmuş idi
Xadimlər həm qapuya varmış idi.
Məgər xadimləri bir dayə gördü,
Xəbər ol dəmdə Güləndamə verdi.
Dedi yaqutü gövhər lala, ey can
Durur qapıda, istər girə fərman.
Dedi ol dayəyə ol dəm Güləndam,
Neçün qılır eşikdə anlar aram.
Alın gəlin oları der görəyim,
Nəyə gəldi xəbərlərin sorayım.
Həzaran üzrilə anlar oturdu
Şoluqdəm mahəzər nemət gətirdi.
Bular xoni yeyib şükr eylədilər
Dua qılıb bu sözü söylədilər.
Dedi: mərcan, lala ey şuxi-şəngül
Ki, sənsən cənnətin bağında bir gül.
Atan verib idi biz qullarını
Xəzandan saxlasın haqq güllərini.
Şol ulu xoca ki gəlmişdi bunda
Qatı hörmətlidir atan qatunda.
Atanız sizi ana veribəndir
Quzum dəxi nə der, bir görəyin der.
Budurur danışığı gecə-gündüz
Rəva gördü ümidi dəxi düpdüz.
Buyur sən dəxi nə dersən görəlim,
Xəbər ver bizə şaha dəgirəlim.
Güləndam bu sözü bir-bir eşitdi,
Özünə ağlını bir-bir iş etdi.
Aytdı: nə əcəb söz söylədiniz,
Bəni bunda qatı dəng eylədiniz.
Cahanda yoxmudur bir şahzadə
Ki, verirlər bəni bir xoryadə.
Nitə rəva görür heç anı barı
Ki, bir şahin ola qarqa şikarı.
Bu nə sözdür ki, söylərsiz qatımda
Vüqarım yoxmudur qeyri qapımda.
Bular aydır: ey məhbubi-zəmanə,
Yigidə kimsə bulumaz bəhanə.
Qağan arslan kibi yaxşı yigitdir.
Gözəldir surəti, nəqşi yigitdir.
Yüzü gökçək, yerincə ağlı kamil,
Bin artuq qul qaravaş kəndinin bil.
Güləndam dedi ki, ey lala, dinlə
Sözümə görə bir iş et ki, anla.
Xəbər ver atama kim, anı alsın,
Bənim köşkümə yaxın qarşu gəlsin.
İraqdan göstərin anı görəyim
Ki, bən andan sizə xəbər verəyim.
Bular alqış elədi ikram etdi,
Güləndamın əlini öpdü getdi.
Geri sultan qatına irdi bunlar,
Güləndam xəbərini verdi bunlar.
Gələlim biz Güləndamın sözünə,
Nədir halı, nədir fikri, sözü nə?
Həzaran dürlü əndişə edirdi,
Müdam fikri həramiyə gedərdi.
Der idi kim, buları qırmış idim,
Birin öldürməyib qurtarmış idim.
Əcəbdir bu xoca degil isə ol,
Müdam sərimdə budur açılan yol.
Bu fikr ilə yedi qüssə nigarın,
Kişinin kim bilir gönlündə varın.
Keçibən ol gecə çün sübh oldu,
Durub Əhməd Hərami şahə gəldi.
Çü gəldi padişahın həzrətinə
Rəvan sultan süvar oldu atına.
Belə Əhməd Hərami bindi ata
Qızın köşkünə yaxın gəldi ata.
Birisi gəldi xadimlərin anda,
Anı göstərdilər ol xuni-baxta.1
Əgilib baxdı köşkünün taşından
Bilir anı şoluqdəm cünbüşündən.
Dedi bunu: bənə zinhar gərəkməz.
Kişi kəndi canın oda buraxmaz.
Əgər atam bəni buna verirsə,
Həlal olsun qanın kim öldürürsə.
Bəni ana verirsə hal düşvar
Ki, bu halda əcayib dürlü iş var.
Çü lala bu sözü andan eşitdi
Dəlim üzrü ilə gör nə iş etdi.
Dönüb dedi: əya məsturi-aləm,
Ki, sənsən cahan içrə xubi-aləm.
Sizə gəldigimiz eyb etməyəsiz.
Atan hökmilə gəldik qatına biz.
Bunu dedivü xadim durdu getdi,
Güləndamın sözün şahə ilətdi.
Bu gəz sultan durub gəldi qızına,
Qızı qarşu varır sultan üzünə.
Görür kim, atası gəlir yaluğuz,
Gəlir illa məlul, xatiri yavuz.
Məlul gördü atasın oldu pürğəm,
İləri evdi əlin öpdü ol dəm.
Dəlim izzətlə aldıvü gətirdi,
Keçib təxt üstünə sultan oturdu.
Şəhənşah dedi: ey canım parası
Ki, sənsən gözümün ağı, qarası.
Rəvamıdur bənim sözüm sıyasan,
Gərəkməz ol əri bana deyəsən.
Əyalımsan bənim sən həm canımsan,
Cigərimsən, damarım, həm qanımsan.
Qərəz bir boşluq isə bu zamanda
Neçün istəməyəsən anı sən də?!
İraq yerə səni verir olursam,
Bənə (bir) dərddürür sənsiz olursam.
Səni bu yigidə kəbin edəm bən,
Yüzünü görə duram dəmbədəm bən.
Sözüm yanlış olur isə utanam,
Əyalımsan, sənə yavuzmu sanam?!
Atasın dinlədi ol mehribanı,
Qızardı gül kibi bənzi, utanı.
Təri dür kibi yüzündə düzüldü,
Gözü nərgizlərin ol dəm süzüldü.
Yanağı gül kibi öylə qızardı
Atasından utanır, həm qızardı.
Ədəb birlə der: ey dövlətli ata
Səxavət kanı, ey mürvətli ata.
Sizə biz qarşı söyləmək eyibdir,
Ulular bu sözü böylə deyibdir.
Bizə söz söyləmək düşməz qatında
Həmin qulluq gərəkdir həzrətində.
Nə deyəyin, ata, fərman sənindir,
Əgər dərdli isəm dərman sənindir.
Qızından çünki sultan dinlədi söz,
Dua qıldı və dedi: ey gözəl yüz.
Həzaran dürlü ana alqış etdi,
Əsənlədi qızını durdu, getdi.
Atası gedicək artırdı dərdin,
Bu sözün sanma kim olaydı sərdin.
Məlul, qəmgin qalıban ol nigarın
Sarardı gül yüzünün növbaharın.
Driğa, gör atam bənimlə netdi,
Əlim aldı bəni yabanə atdı.
Güləndamın digərgun oldu halı,
Həramidir düni, güni xəyalı.
Yatur ol gecə qəmgin zarü tənha,
İçindən keçirir nə söz, nə qovğa.
Çü sübh oldu yerində durdu sultan,
Oxudu bəylərin dərdi ol xan.
Dügün saçısına gəldi ulular,
Əkabirlər, Əmirlər, yəktulular.
Qamu bəylər gəlir anda irişir,
Dügün içün yaraq edib duruşur.
Gələn xəlqi yedirdi, toyladı xoş.
Təmam qırx gün dügünü eylədi xoş.
Əcayib dürlü-dürlü nemətü xun
Yedilər qurtü quş qalmadı məğbun.
Gümüş, altundu təpsilə çanaqlar,
Dolu-dolu içi nemət tabaqlar.
Hərisə, qəlyəvü danə tuturqan
Quş ətlərilə qoyun cümlə büryan.
Çü dügün savulub axıra irdi,
Hərami ol gecə gərdəgə girdi.
Eşid imdi bu yandan əcəblər,
Eşidənlər anı yavlak əcəblər.
Güləndamın məgər bir razdaşı
Var idi, xoş idi anınla başı.
Gözəl bir qızdurur gənduyə manənd
Seçilməz bir-birindən sözləri qənd.
Bir alma sana idin özlərini,
Göyərdin mahitaban yüzlərini.
Biri-birinə bənzər idi mütləq
Yaratmış süni birlə anları həq.
Küçücükdən bilə ulalmış idi,
Güləndamın xuyunu almış idi.
Güləndam ana bir-bir vəsfi-halın
Oturdu dərdini dedi xəyalın.
Dedi ol qıza: get tez var donan gəl,
Bənim qayqularımı yabana sal.
Bənim şəklim oluban gərdəgə gir,
Səninlə arada olsun bu tədbir.
Saqın bu razı kimsəyə deməgil,
Bu sözü kimsəyə faş eyləməgil.
Dedi ol qız: e məhbubi-zəmanım,
Fəda olsun yolunda dadlı canım.
Başım üstünə nəkim buyurursan,
Sözündən çıxmayam gər öldürürsən.
Varıb qız donanıb gəldi oturdu,
Bular bu fikrilə nə iş bitirdi.
Qaçan kim ol döşək vaxtı olurdu,
Donanırdı ol işə qız gəlirdi.
Güləndam yerinə ol qız varırdı
Çü haşa! Cariyə varıb görürdü.
Netəkim ol gecə olurdu hacət,
Qız ilə olur idi ol hekayət.
Tamam bir yil bu rəsmə vardı bu iş
Bunun üstünə keçdi bu yazı, qış.
Görün bu çərxi-qəddarın işini,
Bu məkkarın gəl anla cünbüşini.
Qıza bir gün irişdi əmri-təqdir
Ki, bozuldu bu üzdən rəyi-tədbir.
Güləndam qıldı şöylə zari-tənha
Məlamət içrə qaldı dəngi-şeyda.
Eşindən ayrılıb hal oldu düşvar
Der idi qanı ol yari-vəfakar.
Çü yaxdı hicr oduna kəndözünü,
Həqə ismarladı ol dəm özünü.
Dilini tutdu əbsəmcək oturdu
Vəfası yox cahanın çünki gördi.
Gələlim bu üçüncü məclisə biz
Xəbərimdən eşidin çün xəbər siz.


MƏCLİS – 3

Məgər Əhməd Hərami bir gün azdı,
Görün kim, xatirində ol nə düzdü.
Şəhənşahə der: ey bəylər bəyi, sən
Cahan içində daim olgil əsən.
Dəlim nemətlərin xoş yedim, içdim,
Dəlim işrətlər etdim şadi keçdim.
Yaman gün görmədim hərgiz qatında,
Özüm yaxşı keçirdim həzrətində.
Vəli bir hacətim var söyləyəm bən
Bu gün halu sizə şərh eyləyəm bən.
Malım, mülküm bənim çoxdur Kırımda
Öküş gəncü xəzinəm var yerimdə.
İcazət bən quluna ver gedəyim,
Varıban anları həp cəm edəyim.
Şəhənşah aydir kim dəstur verəyim,
Ötə nə vəqt gəlirsən biləyim.
Ayıtdı (kim) əgər diri qalırsam,
Bucuq yil əglənəm gər çox olursam.
Bucuq yil müntəzir olun bizə siz,
Tapuna altu ayda irəvüz biz.
Çü bəd fel əbtər dəstur aldı,
Güləndamın qatına sürdü gəldi.
Dedi kim, ey bənim, yarım, nigarım,
Vəfadarım, həlalım, qəmgüsarım.
Atandan dəstur aldım şahi-şəngül,
Kırıma getməgə, ey yüzü gül, gül.
Qapından ayrı bənə gün gərəkməz,
Bəşarət, şadlıq, dügün gərəkməz.
Çün olduq sənü bən məşuqü aşiq
Bulunmaz dünyadə bir yari-sadiq.
Kərəm eylə sözümdən çıxma, ey dost,
Bəni həsrət oduna yaxma, ey dost.
Bilə gəl gedəlim bu qutlu yola
Ola kim tanrı xeyrin vermiş ola.
Güləndam aytdi: ey bənim həlalım,
Tapındır bağçavü mülk ilə malım.
Nə kim siz buyurursuz xeyr əgər şər,
Anı tutmaq yerincə bizə düşər.
Ağalar dedigin tutmaq gərəkdir,
Ağu sunar isə yudmaq gərəkdir.
İnanıb sözünə ol mah-peykər
Yidildim söziğə, – dedi, – e sərvər.
Atasıyla, anasıyla görüşdü,
Bu gəz getməgi yarağına düşdi.
Dedi gönlündən ol kafir degil bu.
Əcəbmi getsə dildən ol yavuz xu.
Necə bir kin tuta, tərk etdi ola,
İçindən kibri, kini getdi ola.
O dadlu sözlərə gönlü qapıldı
Yürəgi tazələndi, su səpildi.
Gəlir başına nə kim yazsa təqdir,
Adam dedigi olmaz cümlə tədbir.
Qılan bu işləri cümlə xudadur,
Əgər qüdrətdürür, əgər qəzadur.
Nigarı nabəkara oldu çün seyd,
Düzər Əhməd Hərami yol için qeyd.
Həmin bir qarnaq aldı və iki qul,
Görüşdü şah ilə tutdu həman yol.
Güləndamı alıb getdi işinə,
Görün nə gəlisər onun başinə.
Çü bunlar oldular yola rəvanə,
Qulaq ur billahi bu dastanə.
İrərlər İsfəhan şəhrinə bir gün,
Biləsincə Güləndam xubü mövzun.
Qovdi1 Əhməd Hərami anda rəxti
Ol iki qulu, qırnağı buraxdı.
Güləndamı yaluquz aldı getdi,
Eşit imdi hərami anda netdi.
Gözətmədi sağını və solunu,
Həman ol tutdu Gürcüstan yolunu.
Güləndamın yüzünə baxmaz idi,
Gönül eşqinə hərgiz yaxmaz idi.
Anın ilə yaxınlıq etməz idi,
Zira kibr içindən getməz idi.
Hənuz bikirdi ol xubi-zəmanə
Nəsib olmadı qız ol qəltəbanə.
Sözü söyləyicək sərd söylər idi,
Fəsad etsə gönüldən eylər idi.
Anın cünbüşünü gördü Güləndam
Bu məni sirrinə irdi Güləndam.
Dedi kəndözinə: ah neylədim bən,
Ağuyı göz görə nuş eylədim bən.
Nədən qorxarisəm ana sataşdım,
Səməndər kibi odlara dutaşdım.
Dəlim fikr eyləyib qəmgin gedərdi,
Anıb şəhzadəligin ah edərdi.
Hərami anda qondu bir dərəyə
Ki, insan uğramazdı ol arayə.
Güləndama dedi: dövşür ögünü
Bilirmisən bənə sən etdügünü?
Adım degülmüdür Əhməd Hərami?
Qanı yoldaşlarımın intiqamı?
Ərənlərə qılıc vurmaq necədir?
Oğurlayın yigit qırmaq necədir?
Sənə göstərəyim bir-bir bu gün bən,
Əgər göstərməz isəm ər degiləm.1.
İş edəyim sənə aləmdə düpdüz
Ki, anın kibi iş heç görməmiş göz.
Güləndam aydır: ey şöhrəti-afaq,
Əgər suçlu isəm sən tanrıya bax.
Ərənlərin işi mürvət degilmi,
Bu gün dünya, yarın axrət degilmi?!
Eşitdim bən səni bizə irincək,
Sənin hər dürlü cürətin görüncək.
Atama sirrini faş etmədim bən.
Xəzinə açdığın (faş) etmədim bən.
Dilərdim bənim ilə yar olaydun,
Nə bilirdim belə əğyar olaydun.
Hələ mürvətinə nə sığsa işlə
Gərək öldür, gərək canım bağışla.
Həqə saldım görəyim həq nə işlər,
Bunun kibi başa çox gəlir işlər.
Güləndamın sözini almadı heç.
Zehi zalım eyninə gəlmədi heç.
Yanından dörd dəmir qazuq çıxardı
Şəhənşahın qızın çarmıxa gərdi.
Döküdü dörd qazuq dörd yana möhkəm
Zehi cövrü cəfadur, z ehi sitəm.
Güləndamı əlindən, ayağından,
Sarar möhkəm çəkər bağlu bağından.
Dedi: sənə dəxi gör nedərim bən,
Hələ dağa oduna gedərim bən.
Budur qəsdim səni oda yaxam bən
İraqdan xoş tamaşana baxam bən.
Bir ata bindi, birisini yetdi,
Varıb dağdan odun almağa getdi.
Güləndam qaldı ol əfqan içində,
Fəğanü zar edib giryan içində.
Sanasan kim, xəzan yaprağı düşdi,
Və bir tər gül solub toprağa düşdi.
Nələr qılır görün bu çərxi-qəddar,
Qılır dərdə necələri giriftar.
Güləndam kəndü birlə söylənirdi,
Həqin birligini zikr eylənirdi.
Dedi: ki ey kərimi-karsaza
Xudavəndi-qədimü biniyaza.
Mədəd (dinlə) sözüm mədəd, xudaya,
İlahi, sən dəf ver bu qəzaya.
Yürür ikən tavus bal bağ içində
Boğuldum qaldım uş irmağ içində.
Bunu dedi, xudaya dutdu yüzün
Bu şeri başladı sən dinlə sözün.
İnilti ilə bir gəz eylədi ah,
Aytdı: sana sığındım, ay Allah.


YALVARIŞ

Görün imdi bənə netdi zəmanə,
Əlimi aldı uş atdı yabanə.
Nədir bunca bənə cövrü cəfalar,
Məgər kim qəhr içün bəslədi anə?
Suçum nədir, əcəb netdim, nə qıldım,
Qara bağrum bənim qərq oldu qanə.
Hənuz dəxi qızıl gül qönçəsindən
Açılmadan nə tez döndü xəzanə.
Cəfa imiş bu dünyanın vəfası
Ki, bin yaxşı işi dəgməz yamanə.
Görün bu çərxi-gərduni ki, bəni
Sapana qoyuban atdı yabanə.
İlahi, düşmüş əhvalın bilən həqq,
Sənə sığındım, ey həyyi-təvanə.
Bunu söylər idi, zari qılardi
Gəhi ağlı gedərdi, gah gələrdi.
Şu rəsmə kim, qılırdı ahü əfğan
Gözündən yaş yerinə dökülür qan.
Ol iqlimlər isuzluq olmuş idi,
Kiməsnə uğramaz duyulmuş idi.
Həramidən o yol işləməz oldı,
O yoldan karivan kəsildi qaldı.
Vəli həq tanrının lütfi dəlimdir,
Kərimdirü rəhimdirü əzimdir.
Məgər bir qafilə yol azmış idi,
Günün iki ülüsü keçmiş idi.
Var idi bunların içində bir ər
Qatı gürbüz bahadur idi sərvər.
Atı yögrük idi, kəndi yaraqlu,
Ürəkli idi ol gözi çıraqlu.
Xətayi yay əlində, ox dolu kiş,
Bahadurluq ana olmuş idi iş.
Gedib öncə qaravul olmuş idi,
Adına Xoca Rüstəm derlər idi.
Qulaq urub nigarının sözinə
Rəvan salığın aldı omuzinə.
Nəyiki deyibən (belinlə yörək)
Gəlirdi çevrə yanın dinləyərək.
Bir adəmdir ki, canı yox içində
Güləndamı görür çarmux içində.
Görür kim, xəsmi getmişdir qatından
Şoluqdəm atlayıb endi atından.
Güləndamın qatına gəldi sordi
Güləndam halın ana edüverdi.
Qəribəm, – dedi, – bu eldə, suçum yox,
Bu çərxi-dun bənə cövr eylədi çox.
Yigit çün bir-bir eşitdi sözini
Həqə ismarladı ol dəm özini.
Anın şeşdi əlini, ayağını,
Dükəli gedərir bəndi-bağını.
Atının ardına aldı nigarı,
Huri yüzli bəşər, ol gülüzarı.
Yügürübən irər yoldaşlarına,
Dedi əhvalı ol haldaşlarına.
Qaçan yoldaşları qızı gördülər,
Qamusu qorxubən candan keçdilər.
Üşənirlər, hərami duya derlər,
Gələ bizi qıravü soya derlər.
Yigit etdi: üşənmən, qorxu yemən,
Bizə qarşı hərami dura demən.
Dedi ki, bən bunu qardaş edinəm,
Verəm bir yigidə yoldaş edinəm.
Oralardan bular durmadı getdi
Eşit imdi hərami anda netdi.
İki at yükü odun varıb aldı,
Güləndamı oda urmağa gəldi.
Gəlir görür yerindən getmiş ol qız,
Süvar oldu atının birinə tez.
Yola girdi izin çaldı bularun
Qızı alıb gedən ol xocalarun.
Canına od düşüb sanki qudurdu,
Saqalın yoldı, köksünü çox urdu.
Yügürdü atını məhmizə urdu
Buların izlərin gözətdi gördü.
İraqdan həramiyi gördü anlar,
Danışdı bir-birilə durdu anlar.
Dedilər: ol hərami bu kişidir
Özini bin ərə urmaq işidir.
Qatında bunlarun gur saz var idi,
Göl içində çox ördək, qaz var idi.
Yigit aydır ki, qızı gizləyəlim,
Həramiyi yalquz gözləyəlim.
Gəlib söylərsə cəngə duruşalım,
Anunla cəng edəlim, uruşalım.
Neçün yüz döndərəlim bir kişidən,
Nə deyisər bizi, aydun eşidən.
Önürdü məskənətlə söyləyəlim
Becid olur isə cəng eyləyəlim.
Qızı gizlədilər ol dəmdə saza,
Sığındılar qədimi-biniyaza.
Kayıtların yedilər ol gəlincə,
Yaraqlandı qamu hallı halınca.
Qılıncını çəkib irdi Hərami,
Eşit gör nə cəvab verir Hərami.
Aytdı bunlara kim durunuz, hay
Ki, bu gün başınıza gəlisər vay.
Qeydsiz xoş gedərsiz söyləməzsiz,
Sağ-əsən keçməgə şükr eyləməzsiz.
Əlimdən sizlər alırsız avımı,
Dəxi eşitmədinizmi çavımı.
Aytdı Xoca Rüstəm: ey yigit sən
Avıni görmədik, heç dutma bizdən.
Nə adın bilirüz, nə xod nigarın,
Neçün əlindən alavuz şikarın.
Nə istərdin yetirdin, bilməzüz biz,
Yazıqdır bizə böhtan qılmanız siz.
Yüzimiz suyilə gökcək gedərüz,
Biz ayruğun şikarını nedərüz.
Buların üstünə baxdı, inandı,
Şoluqdəm ol aradan getdi, döndü.
İçini od dutdu istərdi qızı,
Ovavü, dağivü meşəvü yazı.
Aradı çox nə buldu və nə duydu,
Bir ata bindi, ol birini qoydu.
Yenə düşdi buların ardlarınca,
Atın çapıb səgirdir suylarınca.
Dedi: neçün inandım bən bulara,
Bular xod bənə qılmışdır mudara.
Yenə bir dəxi anlara varayım
Alayım malın anları qırayım.
Gəlirkən nagəhanə yolu azdı,
Yol üç bəxş oldu ol birinə getdi.
Şiraza dutdu yüz getdi karvan,
Biləydi ol Güləndam şahi-xuban.
Söz öküş, aqibət şəhrə varurlar,
Həqə şükr eyləyibən yüz ururlar.
Bir ulu xanə gəldi qondu bunlar,
Döşün verib qamusu endi bunlar.
Qumaş karvan sarayı içrə doldu,
Oturub hər biri arayim qıldı.
Keçibən Xoca Rüstəm çün oturdi,
Oxuyuban Güləndamı gətirdi.
Aytdı kim, e məsturi-zəmanə,
Baxarmısan bu çərxi-asimanə.
Kiməsnəyə vəfa qılmaz bu dünya,
Olur fani, bəqa qılmaz bu dünya.
Məlul olma, ey yüzü gülü lalə,
Bayağından şükür eylə bu halə.
Bən axrətlik səni qardaş edindim,
Gönüldən yarü həm yoldaş edindim.
Yemədim qəsd ilə bən heç həramı,
Ki, gəzdüm Rumi və Şami təmamı.
Aytdı: sözüm eşid, ey yüzi gül,
Şükür qıl padişaha ağlama, gül.
Nə əndişə içindəsən halın de,
Bənə könlün nə dilər əhvalın, de.
Bənim şəhrimə əzm edərmisən sən
İraqraqdur elim, gedərmisən sən?
Yaxud atana qovuşdurayımmı?
Qədəm Bağdad yoluna urayımmı?
Səninlə həqq için yedik duz-əkmək,
Nədir dersən, nədir durmağı getmək?
Güləndam aydır: ey kani-səxavət,
İmanlı kişidə olur şəfaət.
Nə kim etdin bənim haqqımda ehsan,
Əvəz verə sənə ol yuca sübhan.
Bəni çün ol haramzadə Hərami,
Yenə bulmaz isə qılmaz arami.
Arayıraq bəni qatında bulur,
Uğurlayu gəlir, biz dünlə alur.
Yaxud bir gün ki yolu sataşır ol,
Gecə-gündüz bənim üçün çəkər yol.
Bənə kərəm buyur bundan gedəyim,
Zavallı başıma dərman edəyim.
Bu şəhrin hakimi kimdir sorayım
Qaravaş oluban anda durayım.
Xatunu həzrətinə irişəyim
Əlin öpüb anınla görüşəyim.
Mədəd olursa bənə andan olur,
Geri dərman bənə sultandan olur.
Aytdı ki, Xoca Rüstəm, e canum,
Özün bilir, əya ruhi-rəvanım.
Gedərəm bən əsən qal sən, e sərvər,
Nerədəysən çələb səninlə rəhbər.
Qulağında nə kim var idi cövhər,
Əlində, ayağında həqq, e sərvər.
Xoca Rüstəmə cümlə bəxşiş etdi
Anasız bizi, – dedi, durdı getdi.
Sən uş dördüncü məclisə nəzər qıl
Görün kim, nəyə varır uşbu mənzil.
MƏCLİS – 4
Məgər sultanı ol şəhrin bəğayət,
Əcayib görklü idi binəhayət.
Hənuz oğlan idi, on idi yaşı,
Vəli kirpigi ox, yay idi qaşı.
Yaratmış süni birlə anı çün həq
Mələkdürür deyəydin anı mütləq.
Yüzü gül, boyu sərvü bənzi lalə,
Gözi nərgis, qaşı bənzər hilalə.
Atası dünyadan nəql etmiş idi,
Ata taxtını kəndi tutmuş idi.
Hənuz dəxi diri idi anası,
Könüldən yox idi zərrəcə pası.
O ruhi-salihə məsturə-xatun
Neçə tutsaq əsir almışdı satun.
Neçə qulları azad eyləmişdi,
Yalın donadıb aclar toylamışdı.
Anın qapısına vardı Güləndam,
Taş eşikdə oturdu qıldı aram.
Məgər qapıçılar anı görürlər,
Şoluqdəm xatuna xəbər verürlər.
Dedilər gəldi bir kişi əbalı,
Durur qapuda bilməziz nə halı?
İçərü girməgədir meyli anın,
Bilin halın o xatuni-zamanın.
Çıxıb bir xadim anı aldı gəldi,
Yüzin tutub Güləndam tapu qıldı.
Uru durdu, salamın aldı xatun,
Məlikzadəydigini bildi xatun.
Alıb yanına, taxtına çıxardı,
Olub heyran camalına baxardı.
Dedi xatun ki: nədir söylə halın.
Yumub qürə necə açıldı falın?!
Dedi: eşit, e xatuni-zəmanə,
Deyəm halımı gətirəm bəyanə.
Bıçaq sögügə irdi neyləyəyin,
Barı razmı bir-bir söyləyəyin.
Başıma bir zaval gəldi nedəyin,
Biliməzim ki, qancaru gedəyin.
Qızıyam şahi-Bağdadın biləsən,
Gərək bu dərdimə dərman qılasan.
Dökülmədik dürür yüzüm suyu hiç,
Yavuz nəsnəyə könlüm olmadı piç.
Dedi xatuna bir-bir halını qız,
Nəyə uğradığın, əhvalını qız.
Həramidən necə qurtulduğunu,
Həramiyə nə işlər qıldığını.
Dökərdi qanlu yaşın ağlar idi,
Başına gələni şərh eylər idi.
Qızın sözlərini xatun eşitdi,
İçi acıldı çün bir gəz ah etdi.
Dedi kim, heyf ey məstur, özünə,
Ki toz qona idi ol gül yüzünə.
Həzə yazı idi ki, gəldi başa,
Əzəldən yazılan pozula, haşa.
Diriğa, gör nə yazılmış bu yazı,
Nə işin idi gəzmək dağı, yazı.
Sonu xeyr ola qüssə yemə, canım,
Kərim edə kərəm, ey mehribanım.
Güləndamı gönüldən sevdi xatun,
Dedi: olma məlul, ey xubi-mövzun.
Güləndam yüzini çünkim açardı,
Sarayın içinə şölə saçardı.
Baxar idi xatun anın yüzünə,
Qalır valeh ol məhbub özinə.
Der idi kim gecə-gündüz arasam,
Sərasər dünyayı bir-bir darasam.
Bunun kibi lətif qanda bulaydım
Ki, oğluma anı kəbin qılaydım.
Eşitdik kim anın bir xub sülalə,
Var idi oğlu irişmiş kəmalə.
Yaşı on yedisində kəndi məhru,
Yüzün görəndə qalmaz idi qayğu.
Camalı günəşə rövnəq bağışlar,
Ziyası aləmə mütləq bağışlar.
Hənuz evlənmiş idi ol cəvanbaxt,
Atasından ana qalmış idi taxt.
Nişanlısı var idi, ölmüş idi,
Anası bu fikirdə qalmış idi.
Şiraz iqlimi şahıydı atası,
Evərmək niyyətindəydi anası.
Güləfrux idi adı ol əyalın,
Şiraz sultanı oğlu xub cəmalın.
Anası anı qatına qığırdı,
Qızın vəsfin ana bir-bir degirdi.
Dedi: gəldi bizə bir xatun ögərdi
Ki, yəni oğlunun gönlün əgərdi.
Der idi: yoxdur anın heç nəziri,
Atası şəhri-Bağdadın əmiri.
Bulunmaz hüsn içində ana manənd
Yüzi güldür, sözü bülbül kibi qənd.

davamı
XS
SM
MD
LG